Accessibility links

Şimali Koreya nüvə və uzaqmənzilli raket proqramını dayandırır


Şimali Koreya nüvə sınaqlarını dayandırdığını və nüvə sınaqları sahələrini bağlamağı planlaşdırdığını bildirib.

Ölkənin rəsmi Koreya Mərkəzi Xəbər Agentliyi həm də ordunun uzaq mənzilli raket sınaqlarını dayandırdığını və bu qərarın şənbə günü qüvvəyə mindiyini deyib.

Elanda bildirilir ki, hökumət bu gedişlə diqqəti iqtisadiyyatın gücləndirilməsinə yönəldir.

Hadisələrin bu inkişafı Şimali Koreya lideri Kim Conq Un və Cənubi Koreya lideri Mun Cae-in arasında zirvə toplantısına bir həftədən az müddət qalmış baş verir. Birləşmiş Ştatlar da Şimali Koreya ilə yarımadanın nüvəsizləşdirmə ilə bağlı görüşü planlaşdırılır. Həmin görüşün tarixi hələ müəyyən edilməyib.

Bu elan yayılandan sonra prezident Tramp Twitter hesabı ilə qarşıdan gələn zirvə toplantısını səbirsizliklə gözlədiyini bildirib: “Şimali Koreya bütün nüvə sınaqlarını və əsas sınaq sahələrinin qapadılmasına razılıq verib. Bu Şimali Koreya və dünya üçün çox yaxşı xəbərdir. Böyük irəliləyiş! Aramızdakı zirvə toplantısını səbirsizliklə gözləyirəm.”

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG