ABŞ Dövlət Departamentinin idarə etdiyi Qaçqınların Qeydiyyatdan Keçmə Mərkəzinin verdiyi məlumata görə, Birləşmiş Ştatlarda 190 şimali koreyalı qaçqın yaşayır. Amma bundan əlavə qaçqın statusunu bildirməyən başqa şimali koreyalıların olduğu da güman edilir. Şimali koreyalıların çoxu Kaliforniyada məskunlaşıb. Onlar yeni həyatlarına adaptasiya olmağa çalışırlar.
ABŞ-da kapitalizmdir. Uyğunlaşmaq asan deyil çünki ideologiyalar çox fəqlənir. Amma mən Şimali Koreyanı tərk etdiyimə görə peşman deyiləm. Mən ora üçün darıxmıram.Sammi Hyu
Ölkələrindən qaçan şimali koreyalıların çoxu özlərinə qapanır, bəziləri isə yenicə gəldikləri ABŞ-da yeni həyatlarına öyrəşməyə çalışır. Onlardan biri Sammi Hyundur. Sammi üzünü gizli saxlamağa üstünlük verir.
“ABŞ-da kapitalizmdir. Uyğunlaşmaq asan deyil çünki ideologiyalar çox fəqlənir. Amma mən Şimali Koreyanı tərk etdiyimə görə peşman deyiləm. Mən ora üçün darıxmıram.”
Şimali Koreyadakı həyatı ABŞ-dakı ilk illərdə Sammini təqib edib.
“Mən yuxularımı qatırdım. Yuxuda Şimali Koreyada olurdum və oradan qaçmağa çalışdırdım, onlar isə məni tutmağa. Sonra bütün bu kabuslar qurtardı”.
Hyunun Şimali Koreyada ailəsi qalmasa da, qaçqınların çoxunun orada ailələri var və onlar sevdikləri üçün qorxu içərisində yaşayırlar. Sokil Park şimali koreyalı fərarilərlə işləyir.
“Şimali Koreyada icazəsiz ölkəni tərk etmək böyük cinayət sayılır, əsasən də Cənubi Koreya və Birləşmiş Ştatlar kimi düşmən ölkələrə qaçmaq.
Yanq Ku Kim şimali koreyalı qaçqınlarla işləyən keşişdir.
“Onlar uzun zaman Şimali Koreyanın inamsızlıq mədəniyyəti içərisində yaşayıb.”
Kim həmçinin onların həyatlarının hər aspektlərinin nəzarətdə olundu bir mühitdə yaşadıqlarını qeyd edir.
“Şimali koreyalıların belə zehniyyəti var: hökümət sizə yemək verirsə- yeməlisən, öl deyirsə- ölürsən.”
Park deyir ki, qaçan şimali koreyalıların bəziləri oradakı sevdiklərinə pul göndəriblər və onlarla əlaqə saxlayıb, onları xarici dünya haqda məlumatlandırıblar. Nəticədə artıq Şimali Koreyadan qaçanlar təkcə həyatda qalmaq üçün bunu etmirlər. Onların artıq başqa səbəbləri olur.
Bu aralar bəzi gənc şimali koreyalı qaçqınlar Şimali Koreyadakı sistemdən və azadlıqlarının olmamasından narazı olduqlarını ifadə edir.
“Bu aralar bəzi gənc şimali koreyalı qaçqınlar Şimali Koreyadakı sistemdən və azadlıqlarının olmamasından narazı olduqlarını ifadə edir."
“Mən Şimali Koreyanı insanlara və ya torpağa görə tərk etməmişəm. Mənim tərk etmə səbəbim hökümətdir.”
Hazırda Sammi Hyu restoranda işləyir. Bu, taleyin ironiyasıdır, çünki o, hər zaman oğluna Şimali Koreyada üzləşdiyi aclqdan bəhs edir. Sammi deyir ki, əgər bir gün Koreya birləşsə, o, oranı ziyarət edəcək, amma hələlik onun evi Amerikadır.