Accessibility links

Şimali Koreyanın növbəti uğursuz raket sınağı


Şimali Koreyanın ölkənin qurucu prezidenti Kim İl Sanqın ad günü münasibətilə keçirdiyi raket sınağı uğursuz nəticələnib.

Cənubi Koreya ordusunun birgə qərargahlar rəisi deyir ki, raket sınağı cümə günü ölkənin şərq sahilinə düşüb.

ABŞ-ın Strateji Komandanlığı da Şimali Koreyanın raket sınağının uğrusuz başa çatdığını müəyyən edib.

Birləşmiş Ştatların Şimali Amerika Hava Məkanının Müdafiəsi komandiri bildirib ki, ABŞ qüvvələri Şimali Koreyanın raket sınaqdan keçirmək imkanları ilə məşğul olmağa hazırdır.

Şimali Koreya BMT-nin Təhlükəsizlik Şurasının sanksiyalarına zidd olaraq dəfələrlə raketlər sınaqdan keçirib.

XS
SM
MD
LG