Accessibility links

Şimali Koreya probleminə həsr ediləcək sammit keçiriləcək


ABŞ dövlət katibi Reks Tillerson və Kanadanın xarici işlər naziri Kristia Friland
ABŞ dövlət katibi Reks Tillerson və Kanadanın xarici işlər naziri Kristia Friland

Birləşmiş Ştatlar və Kanada növbəti ay 16 dövlətin iştirakı ilə zirvə toplantısı keçirəcəklər. Kanadada keçiriləcək sammitin məqsədi Şimali Koreyanın nüvə proqramına qarşı həmrəyliyin nümayiş etdirilməsidir.

ABŞ dövlət katibi Reks Tillerson və Kanadanın xarici işlər naziri Kristia Friland Kanadanın paytaxtı Ottavada keçirdikləri danışıqlardan sonra 16 yanvar tarixinə planlaşdırılan zirvə toplantısının əhəmiyyətindən danışıblar.

“Biz beynəlxalq icma adından həmrəy şəkildə Şimali Koreyanın nüvə dövləti kimi qəbul etməyəcəyimizlə bağlı mesaj vermək üçün görüşəcəyik. Hər birimiz vahid siyasət və vahid məqsəd paylaşırıq. Bu Koreya yarımadasının tam, mütləq və təsdiq edilən nüvəsizləşdirilməsidir.”

Şimali Koreyanın keçən ay Birləşmiş Ştatların qitə ərazisinə çatacaq qitələrarası ballistik raket buraxmasından sonra yarımada ilə bağlı vəziyyət daha da gərginləşdi.

Növbəti ay Vankuver sammitində iştirak edəcək ölkələr bunlardır: Avstraliya, Britaniya, Kanada, Türkiyə, Yeni Zellandiya, Filippin, Tayland, Fransa, Efiopiya, Yunanıstan, Kolumbia, Belçika, Cənubi Afrika, Niderland, Lüksemburq və Amerika Birləşmiş Ştatları. Həmin ölkələrin sırasına Yaponiya, Cənubi Koreya və Hindistan da qoşulacaq.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG