Accessibility links

Skarlet Yohansonun özü nə qədər gözəldirsə, onun boşanma prosesi bir o qədər çirkindir


Skarlet Yohansonun özü nə qədər gözəldirsə, onun boşanma prosesi bir o qədər çirkin davam edir.

New York Post’s Page Six-ə istinadən məhkəmədə aktrisa hakimdən keçmiş həyat yoldaşı Roman Dauriaçdən olan qızının əsas himayədarlıq hüququnun ona verilməsini istəyib.

Aktrisa deyilənə görə, məsələni Manhattan Ali Məhkəməsinə də çıxarıb və bildirib ki, onun evliliyi bərpa edilməz vəziyyətə gəlib çıxıb.

Dauriaç da davasız təslim olmaq istəmir. Page Six-ə istinadən o, qızı ilə bərabər Fransaya köçmək istəyir və xanım Cohanson bu təqdirdə çoxlu səyahət etməli olacaq.

Skarlet iki il evlilikdən sonra, 2016-cı ilin yayında ictimayyətdən gizli ərindən boşanıb. Və deyilənə görə hələlik cütlük uşaqlarının himayədarlığını hər həftə bölüşmək qərarına gəlib. Bu səbəbdən uşaq daim səyahət edir.

Dauriaçın Skarlettin səyahət cədvəli barədə problemlərlə üzləşməsi onların himayədarlıq məsələsini məhkəməyə çıxarmalarına səbəb olub.

XS
SM
MD
LG