Accessibility links

Ben Afflek keçmiş sevgilisinin seksual təcavüzündən xəbərsiz olduğunu iddia edir


Ben Afflek iddia edir ki, Ros Makqovan heç vaxt ona Harvi Vaynstin tərəfindən seksual təcavüzə məruz qaldığı barədə heç nə deməyib.

Daily Mail eksklüziv olaraq məlumat verib ki, Afflek Harvi Vaynstin və ya başqa kiminsə onun keçmiş sevgilisini zorladığı, qısnadığı və ya seksual təcavüzə məruz qoduğu barədə məlumatlı olmadığını email-də yazıb.

Afflekin emailində “O heç vaxt mənə deməyib və mənim ağlıma da gəlməyib ki, ona hücum olunub. Bu barədə deyilənlər yanlışdır”, yazılıb.

Email iyul ayında göndərilib. Bu, Nyu York Timesın Vainstin haqda məqalə dərc etməsindən üç ay əvvəl olub.

Roz başına gələnlər haqda dərhal Benə danışdığını bir neçə dəfə bəyan edib.

Roz Afflekin ona Harviyə bir daha belə etməməsini dediyini bildirib.

Roz iddia edir ki, Veinstinin yəqin ki, 2000 qadını seksual təcavüzə məruz qoyub.

XS
SM
MD
LG