Accessibility links

Ceymi Foks “Spawn” adlı yeni filmdə baş rolda çəkiləcək


Ceymi Foks komik kitaba əsaslanan “Spawn” adlı filmdə baş rolda çəkiləcək.

Deadline-a istinadən 'Django Unchained' filminin ulduzu 90-cı illərin komik kitabına əsaslanaraq çəkilən yeni filmdə əks-qəhrəman, Cəhənnəm Əsgəri obrazını yaradacaq.

'Spawn' komiks yaradıcı Todd Makfarleynin rejissor qismində ilk işidir.

Amma bu, ilk dəfə deyil ki, aktyor Foks Makfarleynlə bərabər işləyir. Belə ki, 50 yaşlı aktyor bundan əvvəl 'The Amazing Spider-Man 2' filmində cani Elektronun obrazını yaradıb.

Bəli, filmin ekranlara çıxmasını hər kəs səbirsizliklə gözləyir.

XS
SM
MD
LG