Vaşinqton ştatının Sietl şəhərində hava limanı işçisi cümə günü boş təyyarəni oğurlayaraq, havada uçurub və trüklar edib. Daha sonra o, Pirs qraflığının cənubunda yerləşən Ketron adalarında qəzaya uğrayıb.
Pirs qraflığının şerifinin idarəsi Twitter hesabında bildirib ki, 29 yaşlı quru xidmətləri işçisi iki-mühərrikli turbo propellerli Horizon Hava Yollarına aid Q400 təyyarəsini Sietl-Takoma Beynəlxalq Hava Limanından qaçırıb. Onlar təyyarəni qaçıran şəxsin “
Hava nəqliyyat nəzarətçiləri radio vasitəsilə Riç adlandırdıqları şəxsi təyyarəni endirməyə inandırmağa çalışıb.
Horizon Hava Yollarının baş idarəçi direktoru Konstans von Mühlen Twitterə yerləşdirdiyi videoda “Bizim ürəklərimiz təyyarədəki insanın ailəsi və bütün Alaska Hava Yolları Horizon Hava Yollarının işçiləri ilədir” deyib.
Alaska Hava Yolları Qrupunun bir hissəsi olan Horizon qəzada həyatını itirən insanın adını açıqlamayıb.
Şerif deyib ki, təyyarəni təqib etmək üçün iki hərbi F-15 döyüş təyyarəsi göndərilib, amma onların qəzayla heç bir əlaqəsi olmayıb.
Pirs Qraflığının şerifi Pol Pastor deyib ki, bu hadisənin “terror hücumu” olduğuna dair heç bir işarə yoxdur.
Təyyarədə başqa heç kəsin olmadığı bildirilir.
Hadisə zamanı Sietl-Takoma Beynəlxalq Hava Limanı qısa bir müddət bağlanıb.