Accessibility links

Şimali Koreyanın növbəti nüvə silahı sınağı beynəlxalq ictimaiyyətin qəzəbinə səbəb olub [Video]


Şimali Koreyanın növbəti nüvə silahı sınağı beynəlxalq ictimaiyyətin qəzəbinə səbəb olub
please wait

No media source currently available

0:00 0:02:45 0:00

Dünya bazar günü Şimali Koreyanın keçirdiyi ən son nüvə sınağına necə cavab verəcəyini düşünür. Bu, Şimali Koreyanın 2006-cı ildən bəri keçirdiyi altıncı və ən güclü nüvə sınağı idi. Pxenyanbu sınağı Birləşmiş Millətlər Təşkilatının hazırladığı və hətta Şimali Koreyanın ən yaxın və güclü müttəfiqi olan Çinin təsdiq etdiyi sanksiyalara baxmayaraq həyata keçirib və beləliklə heç bir beynəlxalq xəbərdarlıqlara məhəl qoymayıb.

Şimali Koreyanın bazar günü həyata keçirdiyi sınaqda istifadə etdiyi bomba regionda böyük təkanlara səbəb olub. Bu titrəyiş Pxenyanın daha öncə keçirdiyi sınaqlarla müqayisədə çox güclü olub. Beynəlxalq ictimaiyyət isə Şimali Koreyanın itaətsizliyinin necə qarşısını alacağının düşünür.

“Təhlükəsizlik Şurası bir çox sanksiya tətbiq edib, amma belə görünür bu sanksiyalar Şimali Koreyanın nüvə silahı proqramını dayandırmağına təsir göstərmir”, deyə CTBTO-nun baş katibi Lassina Zerbo bildirir.

Tramp Çini nüfuzundan istifadə edərək Pxenyana nüvə ambisiyalarını cilovlaması üçün təzyiq göstərməyə çağırıb, lakin bazar günü tvitterdə o, Çinin bunu etməkdə müvəffəq olmadığını və Şimali Koreyanın Pekin üçün xəcalət olduğunu yazıb.

Tramp Şimali Koreyada biznes aparan ölkələrlə ticarəti dayandırmağı nəzərdən keçirdiyini də deyib. Bu ölkələrin sırasına Şimali Koreyanın ən yaxın müttəfiqi və ən böyük ticarət tərəfdaşı Çin daxildir.

Pekində bir təhlilçi Şimali Koreyanın nüvə sınaqlarının Çinlə Birləşmiş Ştatlar arasında ciddi problem mənbəyi olduğunu və Cənubi Koreya cəmiyyətinin bölünməsinə gətirib çıxardığını deyib. O, ABŞ-ın gərginliyi artırdığını söyləyib.

“Amerikanın Cənubi Koreyada Terminal Yüksək Altlıq Ərazi Müdafiəsi sistemini yerləşdirməsi ilə Çin xalqı və höküməti strateji balansın pozulduğunu düşünür. Həm də bu prosesdə Cənubi Koreya Amerikanın tərəfindədir və bu, Cənubi Koreya ilə Çin və təbii olaraq Çin və Amerika arasındakı məsafəni açıb.Yəni, Şimali Koreya üçün bu, əslində strateji qələbədir”, deyə Pekin Universitetinin Koreya Yarımadası üzrə Araşdırmalar Mərkəzindən Donq-gil Kim bildirir.

Şimali Koreya ilə Seul arasında məsafə çox qısadır və onlar asanlıqla, hətta adi silahlarla belə, Şimali Koreya əhalisinin böyük hissəsini yer üzündə silə bilər.
Boris Conson

Çinli təhlilçi deyir ki, Şimali Koreya nüvə silahları inkişaf etdirməyi çox istəyir, çünki düşmənlərlə əhatə olunduğunu düşünür. O deyir ki, Birləşmiş Ştatlar, Yaponiya və Şimali Koreya Pxenyanla dialoqu artırmalı və Şimali Koreyanın təhlükəsizliklə bağlı narahatlıqlarını aradan qaldırmalıdır.

Tramp Tvitter səhifəsində Şimali Koreya ilə sakitləşdirmə siyasətinin nəticə vermədiyini yazıb və ordu rəsmiləri ilə fərqli çıxış yollarını müzakirə edəcəyini bildirib.

Bir çox qərb lideri isə Koreya yarımadası üçün heç bir hərbi çıxış yolunun olmadığını deyir.

“Şimali Koreya ilə Seul arasında məsafə çox qısadır və onlar asanlıqla, hətta adi silahlarla belə, Şimali Koreya əhalisinin böyük hissəsini yer üzündə silə bilər”, Britaniyanın xarici işlər naziri Boris Conson söyləyir.

Avropa İttifaqı liderləri Pxenyana qarşı daha sərt iqtisadi sanksiyalara çağırır və deyir ki, bu sanksiyaların tətbiq olunmasına görə ən böyük məsuliyyət Şimali Koreyanın ən böyük ticarət tərəfdaşları olaraq Çin və Rusiyanın öhdəsinə düşür.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG