Accessibility links

Pompeo: Şimali Koreya hələ də nüvə bombaları üçün yanacaq istehsal edir


ABŞ dövlət katibi Mayk Pompeo bildirib ki, Şimali Koreya nüvə proqramından imtina edəcəyinə dair vədlərinə baxmayaraq, hələ də nüvə bombaları üçün yanacaq istehsal etməkdə davam edir.

Çərşənbə günü Senatın Xarici Əlaqələr Komitəsində ifadə verən Pompeonun sözlərinə görə, Şimali Koreya lideri Kim Conq Un rejimi raket materialları istehsalını da dayandırmayıb.

Dövlət katibi Şimali Koreyanın ümumilikdə nüvə proqramını inkişaf etdirib-etdirmədiyi ilə bağlı suallara cavab verməkdən imtina edib.

Ötən ay Sinqapurda prezident Donald Tramp ilə keçirilən zirvə görüşündə Kim Conq Un nüvə proqramını dayandıracağına dair söz vermişdi. Ancaq bunun baş verəcəyi tarixi dəqiq bildirməmişdi. Pompeo isə qeyd edib ki, proqramın nə zaman sona çatacağını təxmin etmək mümkün deyil.

Sinqapur zirvə görüşündən sonra prezident Tramp tvit ataraq Şimali Koreyanın artıq nüvə təhdidi olmadığını bildirmişdi.

XS
SM
MD
LG