Accessibility links

Siyasi fəal Siyamək Seyfiyə bəraət qazandırılıb


İranın Ərdəbil vilayətinin Meşkinşəhr (Xiyav) Məhkəməsi milli fəal Siyamək Seyfiyə bəraəət qazandırıb.

Amerikanın Səsinin də surətini əldə etdiyi məhkəmə vərəqəsinə əsasən, qiyabi olaraq 2 il həbs cəzasına məhkum olan Seyfi məhkəməyə hökmlə bağlı şikayəti və özünü müdafiə nəticəsində, məhkəmə milli fəala bəraət qazandırıb.

Milli fəalın İyunun 27-də əlinə çatdığı məhkəmə vərəqəsinə əsasən, O, “milli təhlükəsizli pozmaq məqsədilə toplaşmaq və əlbir olmaq” ittihamından aldığı 2 il həbs hökmündən bəraət qazanıb.

Dinc fəaliyyət göstərən milli fəala bəraət hökmü çıxaran Meşkinşəhr Məhkəməsinin 1 saylı şöbəsinin hakimi Fəramərz Məhəmmədzadə-Param daha öncə siyamək seyfini qiyabi olaraq 2 il həbs cəzasına məhkum etmişdi.

See also: https://www.amerikaninsesi.org/a/g%C3%BCneyli-f%C9%99al-siyam%C9%99k-seyfi-iki-il-h%C9%99bs%C9%99-m%C9%99hkum-edilib/5909855.html

Hakim qiyabi olaraq, Seyfiyə 2 il həbs cəzasına polisin hesabatına və fəalın Telegram və İnstagram hesablarında olan məlumata istinad edərək qərar çıxarmışdı. Lakin bəraət hökmünün vərəqəsində, təqsirləndirənin cib telefonunda olan məlumatdan ölkənin daxili və xarici təhlükəsizliyinə qarşı toplaşmaq və əlbir olmaq ittihamənın sübut edilməsi mümkün olmadığı qeyd edilir. Həmçinin məhkəmə vərəqəsində, "təqsirləndirilən şəxsin bütün ittihamları rədd etdiyi və evində ikən həbs olunduğu" dərc edilib ki, bu məlumat əsasında təqsirləndirilən milli fəal Siyamək Seyfinin təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməsi qeyri-mümkün olub.

Siyamək Seyfi keçən ilin oktyabr ayının 18-də İkinci Qarabağ Müharibəsi əsnasında Meşkinşəhr şəhərində keçirilən mitinqlə əlaqədar təhlükəsizlik qüvvələri həbs edilmişdi. Siyamək Seyfi ilə birgə həbs edilən digər milli fəal Aydın Zakiriyə də eyni ittiham irəli sürülmüşdü.

İkinci Qarabağ Müharibəsi zamanı İran Azərbaycanının müxtəlif şəhərlərində Azərbaybana dəstək mitinqləri keçirilmişdi. Mitinqdə iştirak edən vətəndaşlar İran hakimiyyətindən Ermənistanla sərhədi bağlamasını tələb etməklə bərabər, Azərbaycan ordusuna dəstəklərini şüarlarla bildirmişdilər.

XS
SM
MD
LG