Accessibility links

Xalid Bağırov: Ölkədə hüquq anlayışının dərin deformasiyası baş verir [Video-müsahibə]


Xalid Bağırov: Ölkədə hüquq anlayışının dərin deformasiyası baş verir
please wait

No media source currently available

0:00 0:06:42 0:00

Xalid Bağırov: Ölkədə hüquq anlayışının dərin deformasiyası baş verir

Vəkilin Amerikanın Səsinə müsahibəsi

Vəkil Xalid Bağırov Amerikanın Səsinə müsahibəsində vəkilliyinə xitam verilməsinin səbəbləri, ölkədə ədalət sisteminin durumundan danışıb.

Amerikanın Səsi:Nizami rayon Məhkəməsi müxalifətdə olan REAL Hərəkatının lideri İlqar Məmmədovun məhkəməsində tənqidi çıxışınızdan sonra sizin vəkillik fəaliyyətinizə xitam verib? Münasibətiniz?

Məhkəmənin qərarından görünür ki, mən haqlıyam, Azərbaycanda ədalər mühakiməsi yoxdur.

Xalid Bağırov: Münasibətim yaxşı deyil, müsbət deyil, sevinmirəm buna. Birmənalı olaraq bu qərarı qanunsuz və əsassız sayıram. Bu qərar haqqında belə bir fikrim var ki, İlqar Məmmədovun məhkəməsində bildirmişdim, Azərbaycanda ədalət mühakiməsi yoxdur. Məhkəmədə də araşdırılan məsələ bununla bağlı idi. Məhkəmə sübut etməli idi ki, Azərbaycanda ədalət mühakiməsi var, ya yox. Məhkəmənin qərarından görünür ki, mən haqlıyam, Azərbaycanda ədalər mühakiməsi yoxdur. Əgər, bir vəkili ölkədə ədalət mühakiməsi olmadığını iddia etdiyinə görə, hakimin qərəzli və ədalətsiz hökm çıxardığını iddia etdiyinə görə vəkillikdən çıxarılırsa, bu artıq vəkillik fəaliyyətinin geniş anlamda, həm də dar anlamda ölkədə mümkün olmadığının göstəricisidir.

Amerikanın Səsi: Məhkəmələr son illər Vəkillər Kollegiyasının müraciəti əsasında çoxsaylı vəkillərin fəaliyyətinə xitam verib. Ölkənin ədalət sistemindəki mövcud durumu necə qiymətləndirərdiniz?

Hüquq artıq tamam başqa bir şeyə çevrilir, hüquq anlayışı dəyişir. Bu baxımdan da bu günlərdə baş verən hadisələr, günümüzdə baş verən ədalət haqqında təsəvvürlər artıq heç bir ədalətlə, hüquqi ədalətə heç bir aidiyyatı yoxdur.

Xalid Bağırov: Vəkillik ölkədə ədaləıt sisteminin bir hissəsini təşkil edir. Ölkənin ədalət sistemi təkcə vəkillikdən ibarət deyil. Ölkənin ədalət sistemi bütün ölkədəki sistemə bağlı bir məsələdir. Məhkəmə sistemi bir qanad olaraq tam şəkildə artıq son günlərini yaşayır. Yəni genel olaraq məhkəmə hakimiyyəti, ədalət mühakiməsi birmənalı şəkildə yoxdur. Hakimiyyətin bir qanadının olmaamsı böyük şəkildə bütün dengenin pozulmasıdır. Ölkədəki hüquqla bağlı vəziyyəti belə xarakteriz etmək olardı, (bu fikir mənim deyil, ancaq bu fikri tez-tez vurrğulamağa çalışıram) ölkədə hüquq anlayışının dərin deformasiyası baş verir və bu deformasiya da birməınalı şəkildə avtoritar sistemin təzyiqi altında baş verib. Hüquq artıq tamam başqa bir şeyə çevrilir, hüquq anlayışı dəyişir. Bu baxımdan da bu günlərdə baş verən hadisələr, günümüzdə baş verən ədalət haqqında təsəvvürlər artıq heç bir ədalətlə, hüquqi ədalətə heç bir aidiyyatı yoxdur. Vəkilliyə gəldikdə isə vəkillik ədalətin sadəcə bir dəngəsini təşkil edir. Ədalət deyiləndə müəyyən maraqların (tərəzidə olduğu kimi) nisbiliyi nəzərdə tutulur.Vəkillik sadəcə bu tərəzinin gözlərindən biridir. Belə olan halda vəkillik sıradan çıxarılırsa təbii ki, hər hansı bir tarazılıqdan, ədalətdən söhbət gedə bilməz.

Amerikanaın Səsi: Vəkillik institutunda köklü islahatları necə görürsünüz? Vəkillər Kollegiyasına alternativ qurumların yaranmasına ehtiyac duyulurmu?

Beş qurum da olsa yenə eyni şəkildfə nəzarətə götürüləcək. O baxımdan ölkədə sistemi dəyişmək lazımdır.

Xalid Bağırov: Bir çoxlarımız problemi Vəkillər Kollegiyasına altenativ qurumların olmamasında görürük. Mən bir o qədər bu fikirlə razı deyiləm. Problem ölkədəki bütöv sistemin mövcud olmamasındadır. Əvvəl bu sistem sırf dövlət strukturlarını nəzarətə götürən bir sistem idi. Yəni sırf özünün tabeçiliyində olan inizbati idarəçilik sistemini nəzarətə götürürdü. Amma, daha sonrakı mərhələlərdə bu sistem özünün birbaşa tabeçiliyində olmayan, hüquqi tabeçiliyində olmayan strukturları, partiyaları, QHT-ləri, sonra digər siyasi strukturları, dini qurumları və yaxud dövlətə bağlı olmayan digər qeyri-dövlət qurumlarını, sferaları nəzarətə götürməyə çalışdı.

Bu olan təqdirdə bir və ya iki Vəkillər Kollegiyası olsun, heç bir önəmi yoxdur. Sistem qarşısına məqsəd qoyub ki, bütün sistemi ələ keçirsin, bütün sistemi nəzarətə alsın. Çoxlu sayda mətbuat orqanı var idi. Birmi mətbnuat orqanı vardı hakimiyyət onu nəzarətinə keçirdi. Çoxlu mətbuat orqanı var idi, hakimiyyət hamısını nəzarətə götürə bildi. Burada bir və ya çox olmasının heç bir önəmi yoxdur. Yəni bir çox qərb ölkələrində özünü idarə edən vəkil qurumları yeganədir.

Bu məsələ Avropa İnsan Hüquqları Məhkəməsində, Avropa İttifaqının məhkəməsində müzakirə mövzusu olub. Dövlətdə belə bir qurumun olmasını hüquq pozuntusu kimi qəbul etməyiblər. Yəni hüquq anlamında yol veriləndir. Məsələn, Belçikada həkimlərin bir ordeni var. Həmin ordenin üzvü olmasan həkim işləyə bilməızsən. Yəni bir qurumun olmasəı problem deyil.

Sadəcə ölkədəki sistem problemdir ki, bir qurum belə müstəqil fəaliyyət göstyərə bilmir. Beş qurum da olsa yenə eyni şəkildfə nəzarətə götürüləcək. O baxımdan ölkədə sistemi dəyişmək lazımdır. Vəkillər Kollegiyasının təbii ki, islahatlara ehtiyacı var. Amma, bu islahatlar nə bu qurumun sayının artırılması ilə bağlıdır, nə də bu rejimdə mümkündür.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG