Accessibility links

Müsavat Partiyası və Milli Şura konstitutsiyaya dəyişiklik edilməsindən narahatdır


Konstitutsiya
Konstitutsiya

İlham Əliyev Konstitutsiya Məhkəməsinə prezidentlik müddətinin 7 ilədək artırılması, vitse-prezidentlik institutunun yaradılması ilə bağlı layihə göndərib

Müsavat Partiyası və Milli Şura konstitutsiyaya tez-tez deyişiklik edilməsindən narahatdır.

“Azərbaycan hakimiyyəti son illər qanunvericilik və Konstitusiyaya tez-tez dəyişikliklər edir, bir qayda olaraq, bu dəyişikliklər neqativ olmaqla idarəçiliyin daha da sərtləşməsinə, demokratik cəmiyyət quruculuğuna əngəl yaratmağa xidmət edir”, bu barədə Müsavat Partiyasının bəyanatında deyilir.

Müəlliflər dövlət başçısı İlham Əliyevin bu günlərdə Konstitusiya Məhkəməsinə (KM) göndərdiyi “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Referendum Aktı layihəsini tənqid edirlər.

“Bu sənədin məzmunu da göstərir ki, hakimiyyət mövcud olan avtoritar rejimi daha da sərtləşdirmək, ölkədə prezident hakimiyyətini mütləqləşdirmək niyyətindədir”, -sənəddə deyilir.

Partiya hesab edir ki, hazırda ölkədə demokratik seçki sistemi mövcud deyil. Belə şəraitdə bu dəyişiklikləri nəzərdə tutan referendum keçirmək ölkədə avtoritar rejimi daha da möhkəmlətməkdir, bu isə dövlətin və xalqın mənafelərinə ziddir.

Son olaraq müəlliflər bütün xalqı cümhuriyyətçilik uğrunda birgə mübarizəyə çağırır.

Demokratik Qüvvələrin Milli Şurasının Koordinasiya Şurası (KŞ) iyulun 19-da keçirdiyi iclasında prezident İlham Əliyevin səlahiyyətlərinin genişləndirilməsilə bağlı referendumun keçirilməsi barədə dövlət başçısının təşəbbüsündən ciddi narahatlığını bildirib.

Milli Şura üzvlərinin fikrincə, Konstitusiyaya düzəlişlər faktiki olaraq hakimiyyətin qəsb edilməsinə və dövlətin demokratik institutlarının daha da zəifləməsinə aparır.

Bununla bağlı xüsusi bəyanatla çıxış etmək barədə qərar qəbul olunub.

Xatırladaq ki, dövlət başçısı İlham Əliyev bu günlərdə KM-ə prezidentlik müddətinin 7 ilədək artırılması, prezident iradəsinə bağlı vitse-prezidentlik institutunun yaradılması, prezident seçilmək üçün yaş həddinin aradan qaldırılması, prezidentə növbədənkənar seçkilər təyin etmək səlahiyyətinin verilməsi ilə bağlı layihə göndərib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG