Mayın 25-i Azərbaycan müdafiə naziri Zakir Həsənov Rusiya Federasiyasının paytaxtı Moskvaya gedib.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumatda bildirilir ki, bu səfərdə məqsəd mayın 26-da Müstəqil Dövlətlər Birliyi (MDB) iştirakçı-dövlətlərinin Müdafiə Nazirləri Şurasının növbəti iclasında iştirak etməkdir.
MDB SSRİ dağılması ilə birgə 1991-ci il dekabrın 8-də yaradılıb. Quruma keçmiş SSRİ-nin Gürcüstan və Baltikyanı ölkələrdən başqa digər respublikaları daxildir