Accessibility links

Respublika Baş Prokurorluğu Gözəl Bayramlı ilə bağlı açıqlama yayıb


Baş prokurorluq
Baş prokurorluq

Azərbaycan Baş Prokurorluğu AXCP sədr müavini Gözəl Bayramlı ilə bağlı açıqlama yayıb.

Açıqlamada deyilir ki, məhkəmə qərarları əsasında G.Bayramlının Suraxanı rayonu, Qaraçuxur qəsəbəsindəki və Nərimanov rayonu, Təbriz küçəsindəki mənzillərində axtarış aparılıb və mənzillərdən 1000 avro məbləğində nağd pul, G.Bayramlının adına Gürcüstan banklarının birindən 17 aprel 2015-ci il tarixli qəbzlə 100 min rus rublu, həmin tarixli digər qəbzlə isə 2 min ABŞ dolları məbləğində nağd pul almasına dair bank çıxarışları, ayrı-ayrı şəxslərin adlarına 8 aprel 2015-ci il tarixdə 270 min rus rublu və 4 min 700 ABŞ dolları məbləğində vəsaitlərin müvafiq olaraq 5.076 və 4.982 manata dəyişdirilərək qəbul edilməsinə dair bank çıxarışları və digər sənədlər aşkar edilərək götürülüb.

İş üzrə toplanmış istintaq materialları ilə həmçinin müəyyən ediib ki, Gözəl Bayramlı 2015-ci ilin yanvar ayından hazırkı vaxtadək 41 dəfə Gürcüstana səfərlər edib, lakin heç bir vaxt üzərində hər hansı pul vəsaitinin olmasını bəyan etməyib.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Mayın 26-da Səbael rayon Məhkəməsi Bayramlı barəsində 3 ay həbs-qətimkan tədbiri seçib.

Vəkil Elçin Sadıqov məhkəmənin qərarını siyasi motivli kimi qiymətləndirib.

“Cinayət Məcəlləsinin 206-cı (qaçaqmalçılıq) maddəsilə başlanmış işlərdə söhbət ölkəyə pul gətirilməsi və ya aparılmasından gedəndə adətən istintaq dövrü üçün həbs qətimkan tədbiri seçilmir. Sonda məhkəmələr də həbslə bağlı olmayan, şərti cəza verir. Amma Gözəl Bayramlı ilə bağlı iş siyasi motivli olduğundan fərqli davranılır”, o qeyd edib.

AXCP sədri Əli Kərimli müavini Gözəl Bayramlının həbsini siyasi sifariş kimi qiymətləndirib.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG