Accessibility links

Azərbaycan və Moldova əmtəə dövriyyəsinin artırılmasını istəyir


İlham Əliyev və İqor Dodon
İlham Əliyev və İqor Dodon

İyunun 22-də Azərbaycan və Moldova prezidentləri arasında danışıqlar zamanı yaxın gələcəkdə ikitərəfli əməkdaşlıq perspektivləri müzakirə edilib. Bu barədə jurnalistlər üçün brifinqdə Azərbaycanın dövlət başçısı İlham Əliyev Moldova prezidenti İqor Dodon ilə danışıqların yekunları ilə bağlı bildirib.

Əsasən ticarət-iqtisadi məsələlərə baxılıb, bu sahədə yaxşı potensialın olduğu vurğulanıb. Qarşılıqlı əmtəə dövriyyəsinin artırılması üçün konkret tapşırıqlar verilib.

Bundan əlavə, energetika və humanitar sahələr, iki ölkənin regionları arasında rabitə sahəsində əməkdaşlığın möhkəmləndirilməsi üçün potensialın olduğu qeyd edilib.

Öz növbəsində İ.Dodon deyib ki, iqtisadiyyat, humanitar-sosial və siyasi mövzularda məsələlər müzakirə olunub.

Konkret məsələlərin müzakirəsi məqsədilə hökumətlərarası komissiyanın iclasının keçirilməsi planlaşdırılır. Bu cür iclaslar 2012-ci ildən keçirilməyib. Həmçinin iki ölkə sahibkarlarının toplantısının keçirilməsi planlaşdırılır.

Göstəricilərə toxunan İ.Dodon qeyd edib ki, 2016-cı ildə iki ölkə arasında əmtəə dövriyyəsi 30% artıb, ancaq cəmi 5 mln. dollar təşkil edir ki, bu da çox azdır.

Regionlararası əməkdaşlığa toxunan Moldova prezidenti türkdilli Qaqauziyanın Azərbaycan regionları ilə əməkdaşlığına tərəfdar olduğunu bildirib.

O, iki ölkənin siyasi partiyaları arasında da əlaqələrin möhkəmləndirilməsinə tərəfdar olduğunu bildirib.

XS
SM
MD
LG