Accessibility links

Milli Şura hökuməti iqtisadi islahatlara çağırır


Milli Şura mitinq keçirib
Milli Şura mitinq keçirib

Bu barədə sosial-iqtisadi durumla bağlı bəyanatda deyilir

Ölkədə ağır sosial-iqtisadi vəziyyətin bütün məsuliyyəti iqtidarın üzərinə düşür və iqtisadi strukturların fəaliyyətini iflic edən cinayətkar fəaliyyətə son verilməsini, idarəetmə sistemində köklü keyfiyyət dəyişiklikləri aparılmasını, monopoliya və korrupsiya piramidasının dağıdılmasını, investisiya-biznes mühitinin yaxşılaşdırılması yönündə dönüş yaradılmasını, qanunların aliliyinin təmin olunmasını, ayrıseçkiliyin durdurulmasını, bir sözlə real islahatların önünün açılmasını tələb edirik. Bu barədə Milli Şuranın ölkənin sosial-iqtisadi vəziyyəti ilə bağlı keçirdiyi dinləmələrin yekunu ilə bağlı yaydığı bəyanatda deyilir.

Sənəddə bildirilir ki, Azərbaycanda ötən ildən başlayan sosial-iqtisadi böhran bu ilin birinci yarısında daha da dərinləşib.

Milli Şura bildirir ki, ictimaiyyəti aldatmaq yolunu seçən hazırkı hakimiyyət böhranın aradan qaldırılması istiqamətində heç bir iş görmür.

“Bir vaxtlar milyonlar xərcləmək hesabına hazırlanan və bəhbəhlə təqdim olunan strateji yol xəritələri külliyyatı hazırda istifadəsiz sənədlər toplusuna çevrilib. Ölkədə bu ilin son 4 ayında sosial-iqtisadi sahələrin tənəzzülü daha da sürətlənib. Neftin yarımillik hasilat həcminin 1,9 milyon ton və ya 9 faizdən çox, təbii qazın hasilat həcminin isə 800 milyon kub metr və ya 5 faizdən çox azalması, habelə qeyri-neft sahələrində iqtisadi fəallığın getdikcə zəifləməsi real sektorda, o cümlədən mədənçıxarma və emal, tikinti sahələrində vəziyyəti daha da ağırlaşdırıb”.

Sənəddə deyilir ki, əlverişsiz investisiya-biznes mühiti daha da pisləşib.

“Bu ilin yanvar-iyun dövründə real sektora kapital yatırımlarının həcmində 422 milyon dollar və ya 12 faiz səviyyəsində azalma qeydə alınıb. Xarici investorlar ötən 6 ayda ölkəmizə sərmayə qoyuluşunu 10 faizdən çox, yerli müəssisə və təşkilatlar isə 25 faizdən çox azaltmaq məcburiyyətində qalıblar”, Milli Şura bildirir.

Qurum hesab edir ki, hökumət bank sektorunun fəaliyyətinin dirçəldilməsi istiqamətində nəinki diqqəti cəlb edən canlanmaya nail olunmamış, hətta burada böhran daha dərin qatlara işləmişdir. Cari ilin ilk 5 ayında manatla yerləşdirilmiş kreditlərin səviyyəsi 637 milyon manat, xarici valyutada yerləşdirilmiş kreditlərin səviyyəsi isə bu müddətdə 418 milyon dollar azalmış və bu hesaba kredit portfelinin ümumi həcmi 1 milyard 650 milyon manat həddində kiçilmişdir”.

Sənəddə deyilir ki, kreditlərin ölkə iqtisadiyyatını sürətlə tərk etdiyi bir zamanda problemli kreditlərin kəskin artaraq 1,7 milyard manatı üstələməsi (kredit portfelinin 12 fazii) ölkənin bank sektorunda böhranın durdurulacağına dair bütün nikbin gözləntilərə ciddi zərbə vurur.

“Son 5 ayda bank əmanətlərinin səviyyəsi daha 600 milyon manat, maliyyə təşkilatlarına məxsus depozitllərin səviyyəsi isə daha 750 milyon manat aşağı düşmüşdür. Xatırladaq ki, ötən ilin eyni dövrü ilə müqayisədə bu il yanvar-iyun dövründə manat dollara nəzərən orta məzənnəsini daha 12,3 faiz itirib”.

İlin 1-ci yarımilində idxal dövriyyəsinin 16 faizə yaxın azalmasına baxmayaraq, xam neftin, neft məhsullarının və təbii qazın orta ixrac-satış qiymətlərinin müvafiq olaraq 43%, 65% və 30% artması hesabına ümumi ixrac dövriyyəsi yüksəlmiş və xarici ticarət dövriyyəsində 10%-ə yaxın müsbət dinamika müşahidə olunub.

“Bununla yanaşı səhiyyə xərclərinin 23%, təhsil xərclərinin 9,4%, kənd təsərrüfatı xərclərinin isə 24% kəsirlə maliyyələşdirməsi hökumətin bu mühüm sahələri hələ də diqqətdən kənarda tutmasının bariz nümunəsi kimi dəyərləndirilməlidir. Məhz bu cür diqqətsizliyin uzun illər davam etdirilməsinin nəticəsidir ki, ölkənin təhsil və səhiyyə sistemi sıradan çıxmış, kənd təsərrüfatı gəlirsiz sahəyə çevrilmiş və kənd əhalisi ağır məhrumiyyətlər içərisində yaşamaq məcburiyyətində qalıb”.

Milli Şura bildirir ki, fiziki şəxslərdən tutulan gəlir vergisi üzrə dövlət büdcəsinə daxilolmaların ötən ilə nəzərən 18,2% azalması onu deməyə əsas verir ki, ölkə üzrə ümumi əmək haqqı fondu bu il kəskin şəkildə azalıb.

“Belə bir vəziyyət şübhəsiz ki, pensiyaların, müavinətlərin, ünvanlı sosial yardımların verilməsində ciddi problemlərin yaşanmasını da ortaya qoyub. İstehlak qiymətlərinin 14 faizə yaxın artmasını da burada nəzərə alsaq, əhalinin həyat səviyyəsinin 32% pisləşməsi məlum olar. Bu fakt hökumətin sosial siyasətinin tam mənada iflasa uğramasını göstərir”.

Milli Şura benzinin qiymətinin 28 faizədək bahalaşdırılmasını hökumətin məsuliyyət hissini itirməsi kimi dəyərləndirir

Öz növbəsində, bir qayda olaraq hökumət ölkədə iqtisadiyyatın inkişafda olduğunu, daxili məhsulun artığını bildirir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG