Accessibility links

Açıq Hökumət Tərəfdaşlığı Azərbayacanı QHT-lərin fəaliyyətinə şərait yaratmağa çağırıb


Açıq Hökumət Tərəfdaşlığı (AHT) Daimi komitəsi (Brüsseldə yerləşən BMT strukturu) ötən həftə "Azərbaycan hökuməti üçün yenilənmiş tövsiyələr"i dərc edib. Bunlar vətəndaş cəmiyyətinin vəziyyətini və durumun yaxşılaşdırılması üçün atılacaq zəruri addımları əhatə edir.

Daimi komitənin məlumatında xatırladılır ki, 2017-ci il iyunun 28-də "vətəndaş cəmiyyəti təşkilatlarının fəaliyyəti üçün əsassız məhdudiyyətlərə görə" Azərbaycanın bu qurumda statusunun bir il müddətinə "qeyri-aktiv" saxlanması barədə qərar qəbul edilib.

Həmçinin vəziyyətin yaxşılaşdırılması və həll olunmamış məsələlərin yoluna qoyulması məqsədilə tövsiyələrin hazırlanması üçün hökumət və vətəndaş cəmiyyətilə məsləhətləşmələrin aparılması qərara alınıb. Bu məqsədlə Azərbaycanda əlaqədar tərəflərlə danışıqların yekunlarının təhllinə dair hesabat hazırlanıb.

Bu tövsiyələr vətəndaş cəmiyyətinin həll olunmamış problemlərinin müəyyən edilməsini, əsasən qeydiyyat prosesi və maliyyələşdirmə imkanlarını nəzərdə tutur.

Tövsiyələr vətəndaş cəmiyyəti fəallarına və jurnalistlərə qarşı siyasi motivli məhkəmə proseslərinə aid deyil.

Azərbaycan hökumətinin Açıq Hökumət Tərəfdaşlığında aktiv statusunu bərpa etməsi üçün 2017-ci il sentyabrın 25-dən başlayaraq bir il vaxtı var.

Beləliklə, rəsmi Bakıya aşağıdakılar tövsiyə edilib:

1. Vətəndaş cəmiyyəti təşkilatlarının qeydiyyatı prosesi sadələşdirilsin və onların fəaliyyətinə qoyulan diskriminasion məhdudiyyətlər aradan qaldırılsın.

Əsasən

* QHT-lərin onlayn-qeydiyyatı aparılsın, bura qeydiyyat sənədlərinin dəyişdirilməsi imkanları daxil edilsin;

* QHT-lərin qeydiyyatı müəyyən olunmuş müddətdə aparılsın;

* QHT-lərin qeydiyyatından imtina yalnız açıq, qanuni əsaslarla olmalı, beynəlxalq hüquqa uyğun olmalıdır;

* QHT-lərin hər iki ildən bir qeydiyyat haqda şəhadətnamə alması barədə tələb aradan qaldırılsın;

*Cərimələrin azaldılması və QHT-lər üçün çox sərt qaydaların qarşısının alınması üçün İnzibati Xətalar Məcəlləsinə yenidən baxılsın;

2. Maliyyələşdirilmə imkanlarından istfadə qaydaları sadələşdirilsin. Qrantların qeydiyyatı zamanı məhdudiyyətlər aradan qaldırılsın.

Əsasən təklif edilir:

* Hər fərdi qrantın təqdim olunması və xidmət üzrə müqavilə üçün xarici donorun Azərbaycan hökumətindən icazə almasının vacibliyi aradan qaldırılsın;

* Xarici donorun Ədliyyə Nazirliyi ilə sazişinin olması və Azərbaycanda öz nümayəndəliyini qeydiyyatdan keçirməsinin vacibliyi aradan qaldırılsın;

* Xarici donorların qrant vermək hüququnu əldə etməsinin vacibliyi aradan qaldırılsın.

*Xarici qrant almaq üçün maliyyə-iqtisadi rəyin məqsədəuyğunluğunun vacibliyi aradan qaldırılsın;

*QHT-lər üçün maliyyə əməliyyatları, ilk növbədə qrantlar, dotasiyalarla bağlı bank əməliyyatları sadələşdirilsin.

Dünyaya Baxış

Dünyaya Baxış. Blinken və Lavrov Ukrayna gərginliyi ilə əlaqədar görüş keçirib
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG