Accessibility links

Estoniyada “Şərq tərəfdaşlığı” ölkələrində QHT-lərin problemləri müzakirə edilib


Estoniyada “Şərq tərəfdaşlığı” ölkələrində QHT-lərin problemləri müzakirə edilib
Estoniyada “Şərq tərəfdaşlığı” ölkələrində QHT-lərin problemləri müzakirə edilib

Oktyabrın 27-də Estoniyanın paytaxtında Avropa İttifaqı “Şərq tərəfdaşlığı” proqramının “İnsanlar üçün real nəticələr: 2020-ci ildə və ondan sonra Şərq tərəfdaşlğı necə olacaq” mövzusunda konfransı başa çatıb.

Turanın məlumatına görə, üç gün ərzində Azərbaycan, Ermənistan, Gürcüstan, Ukrayna, Moldova və Belarusdan 100-dən çox QHT-nin nümayəndələri “Şərq tərəfdaşlığı” ölkələrinin vətəndaş cəmiyyətlərinin inkişafı ilə bağlı müzakirələr aparıb, əldə olunan uğurları, təcrübələri bölüşüblər.

İştirakçılar Gürcüstan, Ukrayna, həmçinin Moldovanın bu ölkələrin qeyri-hökumət sektorunun uğurlu inkişafı ilə əlaqədar avrointeqrasiyaya tam hazır olduqlarını qeyd ediblər.

Ermənistanda vətəndaş cəmiyyəti ilə bağlı vəziyyət qənaətbəxş hesab edilib. Mənfi nümunə kimi Azərbaycanda və Belarussda QHT-lərin vəziyyəti göstərilib.

Qonşuluq və genişlənmə üzrə avrokomissar Yohannes Han qeyd edib ki, Avropa İttifaqı Azərbaycanın vətəndaş cəmiyyətinə kömək etməyə çalışır, ancaq ölkədə qanunverici məhdudiyyətlər var.

Müzakirələr zamanı Azərbaycandan olan QHT nümayəndələri başqa ölkələrdəki həmkarlarından fərqli olaraq öyünəcək bir şeyin olmadığını gizlətməyiblər. Eyni zamanda onlar Bakıdan olan nümayəndələri panellərdə çıxış edənlərin siyahısına daxil etmədiklərinə görə konfrans təşkilatçılarını tənqid ediblər.

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun rəhbəri Emin Hüseynov Turan-n müxbiri ilə söhbətində deyib ki, sessiyada çıxış edənlərin siyahısında Azərbaycandan başqa digər ölkələrin nümayəndələri təmsil olunub.

Hüquq müdafiəçisi Anar Məmmədli isə bildirib ki, Azərbaycanın vətəndaş cəmiyyəti “iflic” vəziyyətindədir.

“Şərq tərəfdaşlığı” regionda ən əlverişli trenddir, ancaq Azərbaycan bundan kənarda qalır.

Azərbaycan hakimiyyəti QHT-lərlə bağlı qanunverici məhdudiyyətləri aradan qaldırmalıdır. Azərbaycan hakimiyyəti avrointeqrasiya məsələsində energetika çərçivəsindən çıxmaq istəmir”, o gileylənib.

Qeyd edək ki, indiki forum Azərbaycan QHT-ləri üçün xoş məqamla yadda qaldı, belə ki, tanınmış iqtisadçı Sabit Bağırov iqtisadiyyat üzrə qrupun koordinatoru seçilib.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG