Accessibility links

Robert Sekuta: Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün əlimizdən gələni edirik [Video]


Robert Sekuta : Dağlıq Qarabağ münaqişəsinin  sülh yolu ilə həlli üçün əlimizdən gələni edirik
please wait

No media source currently available

0:00 0:01:45 0:00

Robert Sekuta : Dağlıq Qarabağ münaqişəsinin  sülh yolu ilə həlli üçün əlimizdən gələni edirik

"Vasitəçi ölkə kimi münaqişə tərəflərini bir araya gətirərək Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün əlimizdən gələni edirik".

Amerikanın Səsinin müxbirinin verdiyi məlumata görə bu sözləri bu sözləri Laçın rayonundan olan məcburi köçkünlərin məktəbinə kitab dəsti bağışlamaq üçün gəlmiş ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta deyib.

Səfir bildirib ki, bu il münaqişəsinin başlanmasından 30 ili tamam olur.

"Bütün bu hadisələri, keçmişi xatırlamaq əlbəttə vacıbdir. Keçmişdən ibrət dərsi almaq vacibdir. Eyni zamanda daha yaxşı gələcək qurmaq hesab edirəm ki, bundan da vacibdir. Məhz bu baxımından Birləşmiş Ştatlar olaraq, münaqişənin həlli ilə bağlı vasitəçi ölkə kimi münaqişə tərəflərini bir araya gətirərək məsələnin sülh yolu ilə həlli üçün əlimizdən gələni edirik.

Biz ABŞ hökuməti olaraq Azərbaycanın məcburi köçkün əhalisinə yardımı davam etdirəcəyik. Bununla bərabər olaraq qeyd etdiyim kimi münqaişənin dinc yolla həll edilməsi üçün səylərimizi davam etdirib, artıracağıq”, o bildirib.

Səfir jurnalistlərin suallarına cavabında Minsk qrupunun amerikalı həmsədri Endryu Şoferin Azərbaycana səfərini xatırladıb.

"Bilirsiniz ki, Vaşinqtonda müəyyən vəzifələrin ixtisarı ilə bağlı söhbətlər gedirdi. Məhz Minsk qrupunun həmsədri vəzifəsinin saxlanılması Birləşmiş Ştatların bu münaqişənin dinc yolla həll edilməsinə sadiqliyinin bariz nümunəsidir".

R.Sekutanın sözlərinə görə, ABŞ-ın 1991-ci ildən azərbaycanlı məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində ayırdığı 125 milyon dollarlıq yardım bu istiqamətdə görülən işlərin bir hissəsidir.

"Bununla yanaşı, Azərbaycanın daha güclü, çiçəklənən və inkişaf edən ölkə olması üçün ikitərəfli əlaqələrimizi davam etdiririk. Keçən həftə Amerikanın enerji məsələləri üzrə xüsusi nümayəndəsi Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurasının iclasına qatıldı. ABŞ "Əsrin müqaviləsi"layihəsində - Bakı-Tbilisi-Ceyhan boru kəmərinə dəstək olub. Bütün bu sadaladığım və sadalamadığım məsələlər Azərbaycanın iqtisadi cəhətdən inkişaf edib, güclənməsinə xidmət göstərir. Biz Minsk qrupu çərçivəsində və ikitərəfli formatda da münaqişə tərəflərini bir araya gətirərək problemin dinc yolla həll olunmasına səylər göstərmişik və bu səylərimizi davam etdiririk", o qüeyd edib.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə atəşkəs razılığı əldə edilənə kimi erməni tərəfi Azərbaycanın Dağlıq Qarabağ vilayətini və regiona bitişik 7 rayonunu nəzarətinə keçirib. Münaqişənin tənzimlənməsilə ATƏT-in Minsk qrupu məşğul olur. ABŞ, Fransa və Rusiya həmsədr dövlətlərdir.

Cəbhədə hərbi əməliyyatlar 2016-cı il aprelin 2-dən 5-dək yenidən bərpa olunub. Üç gün ərzində aparılan döyüşlərdə tərəflər onlarla itki verib. Rusiyanın təşəbbüsü ilə atəşkəs rejimi yenidən bərpa olunub. Bundan sonra iki ölkə prezidentlərinin bir neçə görüş keçirməsinə baxmayaraq, danışıqlarda irəliləyiş qeydə alınmayıb.

Minsk Qrupunun həmsədr dövlətləri də dəfələrlə mövcud status-kvonun dəyişdirilməsinin vacibliyini qeyd edib. Amma status-kvo dəyişməyib.

Dünyaya Baxış

Dünyaya Baxış. COP29-un Liderlər Sammiti başlanıb
please wait

No media source currently available

0:00 0:10:59 0:00
XS
SM
MD
LG