Accessibility links

"Sovet düşərgəsindən Azərbaycan həbsxanasına" - Leyla və Arif Yunusların kitabı


"Sovet düşərgəsindən Azərbaycan həbsxanasına" - Leyla və Arif Yunusların kitabı
"Sovet düşərgəsindən Azərbaycan həbsxanasına" - Leyla və Arif Yunusların kitabı

Siyasi mühacirlər Arif və Leyla Yunuslar bu ay birgə müəllifləri olduqları "Sovet düşərgəsindən Azərbaycan həbsxanasına" kitabının iki təqdimatını keçirəcəklər. Kitab rus və alman dillərində nəşr olunub.

Kitab SSRİ-nin süqutundan sonra insan hüquqları problemi, siyasi məhbuslar, siyasi və hüquq fəaliyyətilə bağlı öz problemləri, 2014-cü ilin iyulundan 2015-ci ilin dekabrına qədər həbsxanada keçirdiyi günlərdən bəhs edir.

Kitab Polşanın Vrotslav şəhərində KEW nəşriyyatı və Vyanada PEN Klub tərəfindən alman dilində dərc edilib.

İlk təqdimat noyabrın 8-də Almaniyanın Esslingen şəhərində keçiriləcək. Həmin gün kitab festivalı açılacaq.

İkinci təqdimat noyabrın 15-də Vyanada olacaq. Beynəlxalq PEN klub və "Yazarlar həbsxanada" ictimai təşkilatı həmin Yazarlar Həbsdə Beynəlxalq Gününü qeyd edəcəklər.

Yunusovlar siyasi məhbusların siyahısını təqdim edəcəklər, Azərbaycanda vətəndaş cəmiyyətinin hazırki vəziyyətindən, vətəndaş fəallarının, jurnalistlərin təqib olunmasından danışacaqlar.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG