Accessibility links

Ərəstun Oruclu: Azərbaycan sanksiyalara qoşulmasa özünə sanksiya tətbiq edilə bilər [Video]


Ərəstun Oruclu: Azərbaycan sanksiyalara qoşulmasa özünə sanksiya tətbiq edilə bilər
please wait

No media source currently available

0:00 0:06:48 0:00

Ərəstun Oruclu: Azərbaycan bu sanksiyalara qoşulmamaqla ABŞ-ın qəzəbinə gələ bilər

Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbərinin Amerikanın Səsinə müsahibəsi

Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu Amerikanın Səsinə müsahibəsində İrana qarşı ABŞ sanksiyalarının regiona və Azərbaycan-İran münasibətlərinə təsirlərindən danışıb.

Amerikanın Səsi: Amerikanın İrana qarşı sərt sanksiyaları regionda hansı yeni geopolitik durum yaradacaq?

İranın mövqeyinin zəifələməsi artıq yeni tendensiyaların meydana çıxması, güc mərkəzlərinin yenidən qruplaşması, ölkələr arasında münasibətlərin gərginləşməsi, bəzi hallarda yenidən qurulması və bu kimi tendensiyaların ortaya çıxaması deməkdir.

Ərəstun Oruclu: Yaxın Şərq regionuna baxdıqda (bizim yaşadığımız Cənubi Qafqaz regionu da əslində Yaxın Şərqin tərkib hissəsi kimi götürülə bilər) situasiya onsuz da mürəkkəbdir. Geopolitik situasiya kifayət qədər mürəkkəbdir. Bu gün siytuasiya o qədər də dərindən görünmür. Regionda hansı dövlətlər liderlik edir və liderlik uğrunda hansı dövlətlər arasında mübarizə gedir? Bu mübarizədə əsasən üç dövlət görünür, - Türkiyə, İran və Səudiyyə Ərəbistanı. ABŞ tərəfdaşı kimi Səudiyyə Ərəbistanı dəstəkləməyə çalışır. Həm də ərəb dünyasının lideri kimi. Digər tərəfdən bu məsələdə Türkiyə və İran iddialıdır. Mənim fikrimcə sanksiyaların tətbiqi, ümumiyyətlə, İranın təcridi, zəiflədilməsi deməkdir. Şübhəsiz zəifələdiləcək İran, bu, aksiomdur. Bunun nəticəsində ilk növbədə İranın bölgədə mövqeyi zəifələyəcək. İranın mövqeyinin zəifələməsi artıq yeni tendensiyaların meydana çıxması, güc mərkəzlərinin yenidən qruplaşması, ölkələr arasında münasibətlərin gərginləşməsi, bəzi hallarda yenidən qurulması və bu kimi tendensiyaların ortaya çıxaması deməkdir. Qısa dedikdə, yəni biz, bölgədə tamamilə yeni bir geosiyasi konstruksiyanı görə bilərik. Çox güman ki bu da olacaq.

Amerikanın Səsi: Sanksiyalar şəraitində İranın daxilində hansı siyasi, iqtisadi və sosial münasibətlər yarana bilər? Sosial, milli-etnik qarşıdurmalar olarsa Azərbaycan hansı situasiyalara hazır olmalıdır?

Azərbaycan dövləti istənilən halda öz xalqının yanında olmalıdır.

Ərəstun Oruclu: İranın daxilində onsuz da islahatların aparılmasını istəyən yetərincə böyük bir kəsim var. Bu, əsasən gənclərdir. Təbii ki bu kəsim fəallaşacaq. İran daxilində yeni situasiya yaranacaq. Bu qaçılmazdır. O situasiyanın cücərtiləri artıq bu gün görünür. Belə olduğu halda təbii ki, sosial və iqtisadi səbəblərdən siyasi rejimin və ya siyasi şəraitin dəyişməsi, ən azı yumşalması diqtə olunur və bu qaçılmazdır. Ya İran rejimi buna gedəcək, ya da qarşıdurma yaranacaq. Bu qarşıdurmalar təkcə siyasi müstəvidə olmaya bilər. Eyni zamanda milli-etnik müstəvidə də ola bilər. Çünki İran çoxmillətli dövlətdir və bilirik ki, müsəlman faktorunu qabardaraq etnik azlıqların xüsusilə də azərbaycanlıların hüquqları qorunmur. Belə şəraitdə təbii ki, separatçılığın baş verməsi də qaçılmazdır. Bu baş verərsə, mən düşünürəm ki, Azərbaycan olaraq, biz, Azərbaycan dövləti istənilən halda öz xalqının yanında olmalıdır. Bu məsələlərə maksimal şəkildə hazır olmalıdır. Orada kritik vəziyyət yaranarsa bizim İrandakı azərbaycanlıları qoruyacaq faktiki olaraq bir tərəfdaşımız yoxdur. Bunu yalnız Azərbaycan Respublikası həyata keçirə bilər.

Amerikanın Səsi: Bəs sanksiyalar şəraitində Azərbaycan-İran münasibətləri necə olacaq? Bundan öncəki sanksiyalar dövründəki durum göstərir ki, İran pulları, mal və materialları qonşu dövlətlərin strukturları vasitəsi ilə dövriyyəyə buraxılıb. Azərbaycan bu hallardan qaçmaq üçün hansı qabaqlayıcı addımlar atmalıdır?

İran qonşu dövlətdir və İranın daxilində baş verə biləcək istənilən sosial, iqtisadi və ya ictimai-siyasi təlatümlər bizə birmənalı olaraq neqativ təsir göstərəcək.

Ərəstun Oruclu: Öncəki sanksiyalar dönəmində görürük ki, Azərbaycan banklarında çirkli İran pullarının yuyulması, İranın iqtisadi potensialının Azərbaycan vasitəsilə, təkcə Azərbaycan yox o cümlədən digər dünya bazarlarına çıxarılmasının hamısının şahidi olmuşuq. Düşünürəm ki, bu gün də istənilən halda sanksiyalar şəraitində, nə qədər sərtləşdirilsə də, bunun qarşısını tam almaq mümkün olmayacaq. Mən düşünürəm ki, ABŞ-ın milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton Bakıya gəldikdə məhz bu məsələləri müzakirə etmişdi ki, Azərbaycan bu sanksiyalara qoşulsun və İranın təcridində iştirak etsin. Şübhəsiz ki, burada məsələnin iki tərəfi var. Bir tərəfdən nəzərə almalıyıq ki, İran qonşu dövlətdir və İranın daxilində baş verə biləcək istənilən sosial, iqtisadi və ya ictimai-siyasi təlatümlər bizə birmənalı olaraq neqativ təsir göstərəcək. Digər tərəfdən isə Azərbaycan bu sanksiyalara qoşulmamaqla ABŞ-ın qəzəbinə gələ bilər ki, bizim sadəcə neftimizə sanksiya tətbiq oluna bilər. Bu günlərdə dövlət katibi Mayk Pompeo elan elədi ki, İranla əməkdaşlıq edən bütün şirkətlərə sanksiya tətbiq olunacaq. O hələ qərb şirkətlərini nəzərdə tuturdu. Belə olduğu halda da təbii ki, Azərbaycana qarşı da eyni addımlar atıla bilər. Bu baxımdan çox həssas, balanslı bir mövqe tutulmalıdır. Sanksiyalara qoşuluruqsa qoşuluruq, qoşulmuruqsa, mənim fikrimcə, bu ehtimal azdır. Çox güman Azərbaycan sanksiyalar qoşulacaq. Ölkənin bank sferasında, maliyyə sistemində nəzarət gücləndirilməldir ki, yuxarıda qeyd etdiyim neqativ hallara rast gəlməyək, üzləşməyək. Bu halda Azərbaycanın özünə sanksiya tətbiq oluna bilər.

Amerikanın Səsi : Ekspertlər hesab edir ki, sanksiyaların tətbiqi istər-istəməz İrandan Azərbaycana insan axınını və ticarəti gücləndirəcək. Bu şəraitə Azərbaycan hazırdırmı?

Cənubi Azərbaycanda yaşayanlar bizim həmvətənlərimizdir. Əgər onlar böhranla üzləşirsə və onlar xilas yolunu Azərbaycan Respublikasında görürsə biz onlara qapıları açmalıyıq.

Ərəstun Oruclu: Azərbaycan bu şəraitə fikrimcə hazır deyil və mən də o fikri bölüşürəm ki, sanksiyaların tətbiqi İran əhalisinin miqrasiyasına səbəb olacaq. Bu miqrasiya təkcə Azərbaycan istiqamətində olmayacaq. Ancaq nəzərə alsaq ki, Cənubi azərbaycanlılar üçün Azərbaycan artıq tanışdır və turist axını var. Ölkədə müəyyən əlaqələr qurulub, İran biznes strukturları fəaliyyət göstərir. Mümkündür ki, onlar gəlib Azərbaycanda məhz İran yox, Azərbaycan şirkətləri kimi fəaliyyət göstərəcəklər. Bax, buna biz hazırıqmı, Azərbaycan dövləti bunun qarşısını ala biləcəkmi? Mən düşünürəm ki, belə xüsusi cəhd eləməyə ehtiyac yoxdur. Çünki Cənubi Azərbaycanda yaşayanlar bizim həmvətənlərimizdir. Əgər onlar böhranla üzləşirsə və onlar xilas yolunu Azərbaycan Respublikasında görürsə biz onlara qapıları açmalıyıq. Dövlət olaraq Azərbaycan bu cür davranmaldır.

Fikirləriniz

Show comments

XS
SM
MD
LG