Accessibility links

12 noyabr - Azərbaycanda Konstitusiya günüdür


Konstitusiya günü
Konstitusiya günü

Artıq 23 ildir ki, noyabrın 12-si Azərbaycanda Konstitusiya günü kimi qeyd edilir.

1995-ci il noyabrın 12-də qəbul edilən müstəqil Azərbaycanın dövlət quruculuğunun əsasını təşkil edən ilk Konstitusiya 5 bölmə, 12 fəsil, 158 maddədən ibarət olub.

23 il ərzində Konstitusiyaya üç dəfə - 2002-ci il avqustun 24-də, 2009-cu il martın 18-də, 2016-cı il sentyabrın 26-da referendum yolu ilə əlavə və dəyişikliklər edilib.

2002-ci il dəyişikliklərindən sonra ölkədə proporsional seçki sistemi (səslərin ayrı-ayrı şəxslərə deyil, partiyalara verilməsi) ləğv edildi və baş nazir Milli Məclis sədrindən önə çıxaraq ölkədə ikinci şəxs statusu aldı.

2009-cu ildə bir şəxsin ardıcıl iki dəfədən çox prezident seçilməsinə qoyulan qadağa aradan qaldırıldı.

Nəhayət, 2016-cı il referendumunda isə prezidentlik müddəti 5 ildən 7 ilə qədər artırıldı. Ölkədə vitse-prezidentlik statusu təsis edildi. Bundan bir il sonra, 2017-ci ildə ölkəyə 2003-cü ildən rəhbərlik edən prezident İlham Əliyev öz xanımını Mehriban Əliyevanı birinci vitse-prezident vəzifəsinə təyin etdi.

2009-cu ilə kimi Konstitusiya günü qeyri-iş günü olsa da, 2009-ci ildən artıq iş günüdür.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG