Accessibility links

Cəmil Həsənli: Norveçin səfirliyini bağlaması Azərbaycan hakimiyyətinin mahiyyətinə münasibətdir


Cəmil Həsənli: Norveçin səfirliyini bağlaması Azərbaycan hakimiyyətinin mahiyyətinə münasibətdir
please wait

No media source currently available

0:00 0:07:40 0:00

Cəmil Həsənli:Hakimiyyətin siyasəti tək cəmiyyətin susdurulmasına deyil, Azərbaycandakı diplomatik korpusunun da susdurulmasına hesablanıb

Milli Şuranın sədrinin Amerikanın Səsinə müsahibəsi

Milli Şuranın sədri Cəmil Həsənli Amerikanın Səsinə müsahibəsində Norveçin Azərbaycandakı səfirliyinin bağlanmasının səbəbləri barədə danışıb.

Amerikanın Səsi: Сəmil bəy Norveçin Azərbaycandakı səfirliyinin bağlanması sizcə nə ilə bağlıdır? Bunun arxasında nə dayanır?

Сəmil Həsənli: Nə qədər ki, səfirliyin bağlanmasının səbəbləri barədə rəsmi açıqlama verilməyib yalnız ehtimallarla və bu münasibətlərə ekskursiyalar etməklə müəyyən nəticələrə gəlmək olar. Əlbəttə, bu, ilk növbədə iki ölkə arasında siyasi və iqtisadi münasibətlərdə nəyinsə yolunda olmamasının nəticəsidir və Norveç kimi demokratik bir ölkənin Azərbaycanda səfirliyini bağlamasını və onu Gürcüstana keçirməsi təsadüfü bir məsələ deyil. Nəzərə almaq lazımdır ki, Avropanın ən demokratik ölkələrindən biridir. İnsan haqlarına, vətəndaş hüquqlarına hörmətlə yanaşan, seçki hüququnu prioritet hesab edən ölkələrdən biridir. Mənə elə gəlir ki, bu bütövlükdə Azərbaycan hakimiyyətinə, onun kriminal mahiyyətinə, korrupsioner, represiv mahiyyətinə olan münasibətin tərkib hissəsidir.

Amerikanın Səsi: Bu addım Azərbaycanın beynəlxalq imicinə necə təsir göstərəcək?

Сəmil Həsənli: Şübhəsiz ki, pis təsir göstərəcək. Bu, yaxşı nümunə deyil. Norveç sıradan olan bir ölkə deyil. Norveç üzün müddət Azərbaycanla aktiv iqtisadi əlaqələri olan, Azərbaycanda insan haqlarının qorunmasına, vətəndaş cəmiyyətinə dəstək verən ölkələrdən biridir. Norveç kimi ölkənin öz səfirliyini Bakıda bağlayıb Tbilisidə açması yaxşı bir beynəlxalq təcrübə deyil. Azərbaycan hakimiyyəti bu barədə ciddi şəkildə düşünməli idi. Ölkədə bu formada represiv bir rejim yaratmağa ehtiyac yox idi. Məsəslə burasındadır ki, Norveçin beynəlxalq təşkilatlarda böyük nüfuzu var. Söz sahibidir. Bir sıra məsələlərdə Norveç ictimai fikrə təsir göstərə bilir. Norveç kimi bir ölkənin Azərbaycanda səfirliyini bağlaması digər ölkələr üçün də stimul rolunu oynaya bilər.

Amerikanın Səsi: Bunun ardınca Prezident Administrasiyasının rəsmisi Norveç səfirliyinin bağlanmasına Bakının təəssüf etmədiyini bəyan edib və bu ölkənin kecmiş səfiri barədə kəskin tənqidi fikirlər deyib. Az sonra prezident İlham Əliyev Azərbaycanın İsvec, Norvec və Finlandiyada səfirini geri cağırdı. Sizcə bu addımlar Azərbaycanın maraqlarına nə qədər uyğundur?

Cəmil Həsənli: Mən hesab edirəm ki, səfirin geri çağırılması həm də Azərbaycanın Skandinaviya ölkələrilə əlaqələrində böhranın açıq-aydın ifadəsidir. Skandinaviya ölkələri beynəlxalq təşkilatlarda mühüm siyasi qüvvədir. Bunların nümayişkaranə şəkildə səfiri geri çağırması, yəqin ki bunun ardınca səfirliyin bağlanması da gələcək, bu, yaxşı iş deyil. Bir şeyi nəzərə almaq lazımdır ki, Norveç insan haqları məsələsində çox həssas ölkədir. Siz Xarici İşlər Nazirliyinin bəyanatına toxundunuz. Əgər diqqət etdinizsə əvvəl Xarici İşlər Nazirliyi məsələni çox yumşaq formada yola vermək istəyirdi. Mənə elə gəlir ki, ölkənin siyasi rəhbərliyindən təzyiq oldu. Buna bir sərt münasibət formalaşdırıldı. Həm səfirliyin burdan getməsi ilə bağlı, həm də Skandinaviya ölkələrindəki səfirin geri çağırılması ilə bağlı. Məncə, bu, ölkənin siyasi rəhbərliyinin göstərişindən sonra atılan bir addım oldu. Səfir Steynar Gilə (Norveçin 2002-2006-cı illərdə Azərbaycanda səfiri olub-red) gəldikdə Azərbaycan-Norveç əlaqələrinin inkişafında böyük xidmətləri olan adamdır. Mən deyərdim ki, kifayət qədər şərəfli bir insandır. O burada fəaliyyət göstərərkən Azərbaycanda insan hüquqları, demoktratiyanın taleyi, seçkilərlə bağlı, vətəndaş cəmiyyəti ilə bağlı kifayət qədər aktivlik göstərirdi. Buna görə Steyner Gilə təşəkkür etmək lazımdır. Sözün tam mənasında o Azərbaycanda demokratiyanın gəlişməsinə dəstək verən səfir idi. Mənə belə gəlir ki, Steyner Gilin fəaliyyəti bir sıra Qərb ölkələrinin Bakıdakı səfirlikləri üçün nümunə olmalı idi. Yəni Azərbaycan hakimiyyətinin represiv siyasəti tək cəmiyyətin susdurulmasında deyil, Azərbaycandakı diplomatik korpusun da susdurulmasına hesablanıb. Məncə səfirlik qalmaqallarının Azərbaycan üçün kifayət qədər neqativ nəticələri olacaq. Azərbaycanın gözdən düşməsinin, etimadsız bir ölkəyə çevrilməsinə doğru bir proses başlanır və bunlar da onun nəticəsidir.

Qeyd: Azərbaycan hökuməti bir qayda olaraq xarici siyasətinin uğurlu və balanslı olduğunu bəyan edir. Azərbaycan Xarici İşlər Nazirliyi isə Skandinaviya ölkələri üzrə İsveçdə yerləşən səfirliyinin bağlanmayacağını bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG