Accessibility links

“Siyasi proseslərə xarici müdaxilə cəhdlərinə qarşı” mövzusunda dinləmələr keçirilib


“Siyasi proseslərə xarici müdaxilə cəhdlərinə qarşı” mövzusunda dinləmələr
“Siyasi proseslərə xarici müdaxilə cəhdlərinə qarşı” mövzusunda dinləmələr

Dinləmələrdə siyasi partiyalar və QHT-lər iştirak edib

Bakıda “Siyasi partiyalar siyasi proseslərə xarici müdaxilə cəhdlərinə qarşı” mövzusunda dinləmələr keçirilib.

Dinləmələrdə hakim Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini Əli Əhmədov, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu, Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn, AĞ Partiyanın sədri Tural Abbaslı, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa, Vəhdət Partiyasının sədri Tahir Kərimli, Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev, Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri Zahid Oruc, Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu, "Konstitusiya Araşdırmaları” Fondunun prezidenti Əliməmməd Nuriyev, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz və digər QHT rəhbərləri iştirak edib.

Bununla yanaşı, Azərbaycan Xalq Cəbhəsi Partiyası, Milli Şura toplantıya dəvət edilməyib, Müsavat və Klassik Xalq Cəbhəsi partiyaları isə dəvət edilsə də iştirak etməyib.

Dinləmələrdə əsasən Ermənistanın təbliğatına qarşı birgə çalışmaq, ölkənin müstəqilliyinə, siyasi proseslərə qarşı xarici təhlükələri vaxtında aradan qaldırmaq, xarici ölkələrdə olan mühacirlərin sosial şəbəkələr vasitəsi ilə iqtidara qarşı söyüş ritorikasına qarşı çıxmaq, iqtidar-müxalifət münasibətləri, insan hüquqları, demokratiya, korrupsiyaya qarşı mübarizə və digər məsələlərə toxunulub.

Əli Əhmədov
Əli Əhmədov

Əli Əhmədov: Mühacirlərin əsas işi Azərbaycan dövlətini, prezidentini nüfuzdan salmaqdır

YAP sədrinin müavini Əli Əhmədov ölkə müxalifətini milli maraqlardan çıxış etməyə çağırıb. O, xaricdəki mühacirlərin fəaliyyətini tənqid edib.

"İstənilən siyasi partiya ölkənin maraqlarını üstün tutmalıdır. Təəssüflə qeyd etmək istəyirəm ki, xaricdə mühacir statusu alan bəzi şəxslər Azərbaycanda siyasi proseslərdə yaxından iştirak etməyə cəhd edir."

Xarici qüvvələr seçkilər vasitəsilə də ölkə daxilinə müdaxilə etməyə cəhd edə bilərlər.
Əli Əhmədov, YAP sədrinin müavini


Əhmədov hesab edir ki, xaricdə mühacir statusu alan şəxslərin bəziləri asanlıqla xarici xüsusi xidmət orqanları tərəfindən ələ alına bilər.

"Ona görə də onların siyasi proseslərə müdaxiləsi təhlükəlidir. Bəziləri youtube-də guya izləyicilərinin hesabına gəlir əldə edirlər. Bu, əsassızdır, araşdıra bilərsiniz. Hakimiyyət iddiasında olan partiyalar xalqın marağından çıxış etməlidir, hansısa xarici qüvvənin yox. Mühacirlərin əsas işi Azərbaycan dövlətini, prezidentini nüfuzdan salmaqdır. Çünki Azərbaycan güclənib, qüdrətlənib. Xarici qüvvələr Ermənistanı "demokratik", Azərbaycan isə "anti-demokratik" göstərməyə cəhd edirlər. Bütün bu cəhdlər əbəsdir. Sağlam düşüncəli qüvvələrin milli maraqlar naminə birləşməsi çox önəmlidir. Xarici qüvvələr seçkilər vasitəsilə də ölkə daxilinə müdaxilə etməyə cəhd edə bilərlər. Bu təcrübə var," o qeyd edib.

Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı
Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı

Fəzail Ağamalı: Xalqın içərisində qorxu hissi yaratmağa çalışırlar

Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı hesab edir ki, mühacir müxalifət adlandırılan, savadsız, iradəsi zəif insanlar Azərbaycana qarşı mübarizə aparır.

"Söyüş, əxlaqsız fikirlər, Azərbaycanın bütün rəsmi şəxslərinə, dövlət adamlarına, onların ailəsinə, özlərinə qarşı dayanan kim varsa, onlara ünvanlanıb. Bu şəxslər ümidsizlik mühiti yaradır. İttifaqı zəiflətmək üçün də dövlətin üzərinə gəlir. Xüsusi olaraq bunlar xalqın içərisində qorxu hissi yaratmağa çalışırlar,” o qeyd edib.

Əli Əliyev
Əli Əliyev

Əli Əliyev: Cəmiyyətlə təmas genişləndirilməlidir

Dinləmələrdə ölkədə liberal mühitin yaradılması üçün dialoqun vacibliyi qeyd edilib.

“Azərbaycanda iqtidarla müxalifətin münasibətlərinin zəif olması bəzi xoşagəlməz hallara yol açır. Təklif edirəm ki, dialoq mühiti yaradılsın, problemlər müzakirə edilsin. Bir sözlə, cəmiyyətlə təmas genişləndirilməlidir,” Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev bu fikirdədir.

Novella Cəfəroğlu
Novella Cəfəroğlu

Novella Cəfəroğlu: Məmur özbaşınalığının qarşısı alınmalıdır

Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu qeyri-hökumət təşkilatlarına qarşı hökumətin siyasətində dəyişkliklərin vacibliyini bildirib.

“Qeyri hökumət təşkilatları xarici donorlardan qrant ala bilmir. Bu problemlər aradan qaldırılsa yaxşı olar.”

Siyasi fəaliyyətinə görə həbs ediən şəxslər azadlığa buraxılmalıdır.
Novella Cəfəroğlu, hüquq müdafiəçisi


O siyasi fəaliyyətinə görə həbs edilən şəxslərin azadlığa buraxılmasının vacibliyini qeyd edib.

Hüquq müadfiəçisi həmçinin məmur özbaşınalığının qarşısının alınmasını təklif edib.

“Yerlərdə məmurlar özbaşınalıq edir. Biz rayonlara gedirik, vəziyyəti görürük. Bəzi məmurlar insanları narazı salırlar. Bunun qarşısı alınmalıdır,” Cəfəroğlu deyib.

Pənah Hüseyn
Pənah Hüseyn

Pənah Hüseyn: İnsan hüquqları, demokratiya yalnız dövlətlərin suveren hüququna aid deyil

Azərbaycan Xalq Partiyasının sədri, keçmiş baş nazir Pənah Hüseyn dialoqa tərəfdardır. O dinləmələrdən sonra Amerikanın Səsinə müsahibəsində bildirib ki, yekun olaraq bəyanat qəbul edilib.

Pənah Hüseyn: İnsan hüquqları, demokratiya yalnız dövlətlərin suveren hüququna aid deyil
please wait

No media source currently available

0:00 0:03:43 0:00


“İştirak edən qurumlar sənəddə Dağlıq Qarabağın bütün vasitələrlə, o cümlədən fərqli vasitədən istifadə etməklə azad olunması hərəkətlərinə dəstək verir. İslahatlar olacaqsa ona dəstək ifadə olunur. İnformasiya məkanında siyasi qüvvələrin və digərlərinin informasiyalarının etik çərçivələr daxilində yayılmasının vacibliyi ifadə olunur. Azərbaycandakı siyasi proseslərə, o cümlədən seçki prosesinə beynəlxalq hüquqa zidd müdaxilələrin dözülməzliyi qeyd olunur.

Seçkilərdə beynəlxalq müşahidə məsələləri Azərbaycanın müqavilə öhdəlikləridir.
Pənah Hüqseyn, keçmiş baş nazir


Dinləmələr zamanı bizim mövqeyimiz ondan ibarət oldu ki, insan hüquqları, demokratiya, korrupsiyaya qarşı mübarizə məsələləri yalnız dövlətlərin suveren hüququna aid deyil, həm də beynəlxalq hüququn predmetinə aid məsələlərdir. O cümlədən seçkilərdə beynəlxalq müşahidə məsələləri Azərbaycanın müqavilə öhdəlikləridir. Amma, əlbəttə ölkədə xaos yaradan, beynəlxalq hüquqa zidd müdaxilələr yolverilməzdir,” o qeyd edib.

Sərdar Cəlaloğlu
Sərdar Cəlaloğlu

Sərdar Cəlaloğlu: Təhlükə çox realdır

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu çıxışında bəzi mühacirlərin söyüş ritorikasından istifadəsini pisləyib. O həmçinin Azərbaycandakı siyasi proseslərə Rusiyanın müdaxiləsinə qarşı mübarizəni vacib sayır.

Sərdar Cəlaloğlu: Təhlükə çox realdır
please wait

No media source currently available

0:00 0:02:36 0:00


Cəlaloğlu Amerikanın Səsinə müsahibəsində deyib ki, Yaxın Şərq hadisələri daxili siyasətə xarici qüvvələrin qarışmasının ənənə halını aldığını və geniş yayıldığını göstərir.

İqtidarda da bəzi dairələr məhz xarici qüvvələrin hesabına hakimiyətdə qaldıqlarına görə, onların hakimiyyətdə qalmasına təhlükə yaradanda, xarici qüvvələrin müdaxiləsinə cəhd edirlər.
Sərdar Cəlaloğlu, ADP sədri


“Azərbaycan kimi ciddi geopolitik durumu olan, bir çox ciddi qüvvələrin marağının toqquşduğu bir ölkədə daxili siyasətə xarici qüvvələrin qarışmadığını iddia etmək sadəlövlük olar. Biz bunun ayrı-ayrı konkret nümunələrini də görmüşük. Məsələn, Aprel döyüşlərinin dayandırılmasında Rusiyanın təsiri və ya daxili proselsərə təzyiqi və sairə. Bu müdaxilələr var. Söhbət bu müdaxilələrin daha təhlükəli hal alması və vətəndaş qarşıdurmasına rəvac verilməsi, ölkənin təhlükəsizliyi, suverenliyi və müstəqilliyi ilə bağlı gözlənilməz nəticələrin meydana çıxmasının qarşısını almaq üçün çox ciddi addımlar atılmasından gedir. Xarici qüvvələrin müdaxiləsi bir tərəfdən iqtidarın və ya müxalifətin yanlış siyasəti nəticəsində baş verə bilər. İkincisi isə iqtidar-müxalifət münasibətlərinin düzgün qurulmamasından baş verə bilər. Hesab edirəm ki, indiki anda əsas təhlükə iqtidar-müxalifət münasibətlərinin düzgün qurulmamasından ortaya çıxan təhlükədir. Təbii ki, iqtidarda da bəzi dairələr məhz xarici qüvvələrin hesabına hakimiyətdə qaldıqlarına görə, onların hakimiyyətdə qalmasına təhlükə yaradanda, xarici qüvvələrin müdaxiləsinə cəhd edirlər. Yəni faktiki olaraq təhlükə çox realdır. Bu səbəbdən də Azərbycan cəmiyyətinin məlumatlandırılması çox vacibdir,” ADP sədri Amerikanın Səsinə müsahibəsində qeyd edib.

Tural Abbaslı
Tural Abbaslı

Tural Abbaslı: Siyasi amnistiya elan edilsin

AĞ Partiyanın sədri Tural Abbaslı deyib ki, hakimiyyət siyasi aministiya elan edərsə, bu, məqsədəuyğun olar.

"Mühacirətdə olanlar Azərbaycana dəvət edilsin, onların təhlükəsizliyinə təminat verilsin, o zaman kimlərinsə guya xarici qüvvələrə işləməsi məsələsi aradan qalxar," Abbaslı bildirib.

Zahid Oruc
Zahid Oruc

Zahid Oruc: Dialoq, ünsiyyət məkanı qorunub saxlanmalıdır

Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri Zahid Oruc Amerikanın Səsinə müsahibəsində deyib ki, tədbirdə iştirak edənlərin çıxışlarında xarici qüvvələrin təsirləri deyəndə bir konsesus tapmaq asan deyil.

Zahid Oruc: Dialoq, ünsiyyət məkanı qorunub saxlanmalıdır
please wait

No media source currently available

0:00 0:06:34 0:00


“Belə ki, siyasi dairələrin nümayəndələri məsələni qabardanda ən sonda siyasi hakimiyyət uğrunda mübarizəsinə, QHT-lər onların donor qurumlarla əlaqələrinin nə dərəcədə qorunub saxlanacağına, üçüncülər tamam başqa amillərə dayanıb xarici təhlükələrin keçidini, çoğrafiyasını fərqli göstərə bilir.

Bununla yanaşı mən belə dialoqları, diskusiyaları təqdir edirəm. Çünki bu halda mübarizənin hüquqi və legitim yolu ortada olacaq. Əks halda kustar üsullar, ekstremist təmayüllər `taliban təşəkkülü` özünü daha çox önə çıxarar. Bu isə Azərbaycanın uzun illər ərzində əldə etdiyi siyasi-demokratik təşəbbüslərə zərbə ola bilər. Ötürücü mühit, dialoq, ünsiyyət məkanı qorunub saxlanmalıdır.”

Mən belə dialoqları, diskusiyaları təqdir edirəm. Çünki bu halda mübarizənin hüquqi və legitim yolu ortada olacaq. Əks halda kustar üsullar, ekstremist təmayüllər `taliban təşəkkülü` özünü daha çox önə çıxarar.
Zahid Oruc, Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri


Zahid Oruc hesab edir ki, Azərbaycana qarşı, hərbi, siyasi, iqtisadi, mənəvi, informativ təhlükələr var.

“Bu bir reallıqdır ki, Azərbaycan hakimiyyəti Qarabağda səngərdə Silahl Qüvvələri düşmənə qarşı səfərbər edib. Bu o deməkdir ki, birinci Qarabağ savaşından sonra ermənilərin əldə etdiyi hərbi nəticələri saxlamaq və davam etdirmək üçün planlarını durdurmaq və yaxud da aradan qaldırlması yönümündə addımlar atırıq. Yənu, bu Azərbaycan dövlətinin timsalında görünməkdədir.”

Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri hesab edir ki, başqa hərbi xarakterli təxribatlar da mövcuddur.

“Bu təxribatlar yalnız Ermənistandanmı gəlir? Xeyr. Şübhəsiz ki, burada da hakimiyətə müxalif olmaq çox çətin olardı. İqtisadi savaşlar mövcuddurmu? Təbii ki, Azərbaycanın təbii resursalrını xarici məkana çıxarmağa qarşı olan fəaliyyətlər, həmçinin onu ələ keçirmək uğrunda mübarizə, onun üzərində hökmranlıq niyyətləri və sair. Burada da iqtidar kimisə köməyə çağırmır, hansısa dövlətlərlə mühüm xarici siyasət tədbirlərini ələ alır ki, problemlər olmasın. ”

Orucun fikrincə, dialoq, diskusiya mühitinin genişləndirilməsi siyasi məkanda münasibətlərin hüquq daxilində formalaşmasına yol açacaq.

“İnsanlar belə diskusiyaları dinlədikcə söyüş ritorikası aradan qalxacaq,” o qeyd edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG