Accessibility links

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Xətai rayon şöbəsinin fəalı Elxan Nuriyev mayın 3-də “Azərsu” Səhmdar Cəmiyyətinin Nəqliyyat və Xüsusi Texnika İdarəsində sürücü vəzifəsindən azad edilib. Buna səbəb kimi Nuriyevin Milli Şuraının aprelin 8-də keçiriləın icazəli mitinqində iştirakı və siyasi fəal olması göstərilib.

“Mənə bildirdilər ki, mitinqdə iştirakım rəhbərliyin xoşuna gəlməyib. AXCP-dən istefa verməyimi istədilər. Mən də eriraz etdim. Bu zaman dedilər ki, ya könüllü işdən azad olunmaq barədə ərizə yaz, ya da başqa yollarla işdən azad ediləcəksən. Mən də könüllü işdən azad edilmək barədə ərizə yazdım”, Nuriyev Amerikanın Səsinə bildirib.

“Azərsu” Səhmdar Cəmiyyətindən bu məlumata hələ münasibət almaq mümkün olmayıb.

Xatırladaq ki, Milli Şuranın aprelin 8-də “Korrupsiyaya, monarxiyaya, talana yox!”, “Siyasi məhbuslara azadlıq!” şüarı ilə keçirdiyi mitinqdən sonra mitinqdə iştirak edən 5 AXCP fəalı işdən azad edilib.

XS
SM
MD
LG