Accessibility links

Infoaz.org saytının rəhbəri DTX-ya dəvət olunub (Yenilənib)


Namiq Cəfərli
Namiq Cəfərli

"infoaz.org" saytının rəhbəri Namiq Cəfərli avqustun 21-də Dövlət Təhlükəsizlik Xidmətində yazılarına görə soğru-sual edilib.

Bu haqda jurnalistin özü DTX-dan çıxdıqdan sonra Turan agentliyinə bildirib.

"Dövlət Təhlükəsizlik Xidmətinə çağırılmağım rəhbəri olduğum saytda yayımış bəzi yazılarla bağlı idi. Həmin yazılara müəyyən iradlarını bildirdilər", deyən jurnalist həmin yazılar barədə detallı danışmayıb. Bununla belə, o, qeyd edib ki, DTX təmsilçilərinə müzakirə mövzusu olan yazıların məzmunu ilə bağlı öz arqumentlərini də təqdim edib.

N.Cəfərli DTX-da onunla normal rəftar edildiyini qeyd edib.

"Mənə qarşı hər hansı təzyiq olmadı. Normal şəkildə yazılar barədə fikir mübadiləsi apardıq", jurnalist bildirib.

***

Ötən həftə bloklanan infoaz.org saytının rəhbəri Namiq Cəfərli Dövlət Təhlükəsizlik Xidmətinə (DTX) çağırılıb. Bu barədə jurnalistin özü facebook səhifəsində məlumat verib.

N.Cəfərli deyib ki, ona telefon edərək bazar ertəsi DTX-da olmasını bildiriblər, amma çağırışın səbəblərini açıqlamayıblar.

Ötən cümə günü isə N.Cəfərli və digər iki baş redactor Baş Prokurorluğa çağırılıaraq xəbərdarlıq edilib.

Cəfərlinin sözlərinə görə, buna prezidentin köməkçisi Əli Həsənov və hakimiyyətdaxili mübarizə barədə dərc olunan yazı səbəb olub.

Həmin gün onun rəhbərlik etdiyi sayt Azərbaycan ərazisində bloklanıb.

Bu gün N.Cəfərli Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə müraciət edib

Öz növbəsində, Dövlət Təhlükəsizlik Xidməti sayt rəhbərinin dəvət edilməsinin səbəbi ilə bağlı hələ açıqlama verməyib.

XS
SM
MD
LG