Accessibility links

AŞPA komitəsində Azərbaycanda vəkillik məsələsi müzakirə ediləcək


Avropa Şurası

Azərbaycan Milli Məclisin deputatları Müslüm Məmmədov və Vüsal Hüseynov Avropa Şurası Parlament Assambleyasının (AŞPA) hüquq məsələləri komitəsinin noyabrın 12-də Parisdə keçiriləcək iclasında iştirak edəcəkr. Milli Məclisin mətbuat xidmətinin məlumatına görə, iclasda Vəkillik haqqında Avropa Konvensiyası, insan hüquqları sahəsində öhdəliklərə riayət olunub-olunmaması və yeni məruzəçilərin təyin edilməsi məsələləri müzakirə olunacaq.

Müzakirələr Azərbaycanda vəkillik haqqında qanunvericiliyə ciddi dəyişikliklər fonunda keçiriləcək. Belə ki, oktyabrın 31-də parlament tərəfindən qanunvericiliyə qəbul edilmiş düzəlişlərə görə, faktiki olaraq məhkəmələrdə vətəndaşların vəkil olmayan şəxslər tərəfindən təmsil olunması institutu ləğv olunub. Nümayəndəlik Vəkillər Kollegiyasının üzvü olan peşəkar vəkillər tərəfindən həyata keçiriləcək, ölkədə belə vəkillərin sayı əhalinin sayı ilə müqayisədə hədsiz dərəcədə azdır. Ölkənin 10 milyona yaxın əhalisi var, vəkillərin sayı iəs cəmi 934-dür.

Qanunvericiliyə dəyişikliklər yerli hüquq ictimaiyyəti və beynəlxalq hüquq müdafiə təşkilatlarının tənqidinə məruz qalıb.

XS
SM
MD
LG