Accessibility links

Kəstutis Yankauskas: Avropa İttifaqı və Azərbaycanın münasibətləri yaxşıdır - 51% Aİ-yə etibar edir


Kestutis Yankauskas
Kestutis Yankauskas

Avropa İttifaqı və Azərbaycan arasında yeni sazişlər üzrə danışıqlar, Avrointerasiya anlayışına baxışlar, siyasi və ictimai problemlər Turan agentliyinin Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kəstutis Yankauskasla müsahibəsinin mövzusu olub.

- Cənab səfir, Aİ və Azərbaycan arasında münasibətlərin inkişafı nöqteyi-nəzərdən 2018-ci ildən nə gözləyirsiniz?

- 2018-ci ilin Aİ və Azərbaycan arasında münasibətlərin daha da möhkəmlənməsi ili olacağını gözləyirəm.

Bu, Azərbaycan üçün mühüm ildir, belə ki, ölkə dövlətçiliyinin 100 illiyini qeyd edir. Azərbaycan dünyəvi, əhalisinin əksəriyyəti müsəlman olan bir ölkə kimi bütün müsəlman dünyası üçün bir çox sahələrdə pioner olub. Biz bu nailiyyətləri birlikdə qeyd edəcəyik.

Bu il həmçinin Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 70 illiyi qeyd edilir. İkinci Dünya Müharibəsindən sonra siyasi mənzərəni formalaşdıran Bəyannamə də Aİ və onun üzvləri tərəfindən dəstəklənən universal dəyərlər və prinsiplərin mərkəzindədir.

Bu il ikitərəfli münasibətlərimiz üçün də mühüm ildir, belə ki, biz yeni hərtərəfli sazişin imzalanması üzərində işləyəcəyik. Həmçinin, tezliklə Ortaq Aviasiya Məkanı haqqında qarşılıqlı səmərəli Saziş imzalaya biləcəyimizə ümid edirəm.

Bu il ikitərəfli münasibətlərimiz üçün də mühüm ildir, belə ki, biz yeni hərtərəfli sazişin imzalanması üzərində işləyəcəyik. Həmçinin, tezliklə Ortaq Aviasiya Məkanı haqqında qarşılıqlı səmərəli Saziş imzalaya biləcəyimizə ümid edirəm. Bu saziş Azərbaycan üçün bir çox imkanlar açacaq, turistlərin sayını artıracaq, bu da ölkə iqtisadiyyatının şaxələndirilməsinə kömək edəcək və nəqliyyat-logistika mərkəzi olmaq təşəbbüsünü daha da gücləndirəcək.

Münasibətlərimiz dinamik müsbətdir və il də belə başlayıb. Etimadın, qarşılıqlı anlayışın və hörmətin daha da inkişaf etdirilməsi bu müsbət təmayülü qoruyub saxlamağa və möhkəmləndirməyə kömək edəcək.

Biz münasibətlərimizə daha çox praktik fayda gətirə biləcək bir çox digər mühüm sahələrdə işi davam etdirəcəyik:

• 2020-ci ildə Azərbaycan qazının Aİ bazarına çıxmasına imkan verəcək Cənub Qaz Dəhlizinin inkişafında sürəti və irəliləyişi qoruyub saxlamalıyıq.

• Nəqliyyat və ticarət həcminin artırılması üçün bu yaxınlarda açılmış Bakı-Tbilisi-Qars dəmir yolundan, Bakı limanının obyektlərindən və azad ticarət zonasından ən yaxşı şəkildə istifadə etməliyik.

• Ölkəni daha çox rəqabətədavamlı, Aİ-dən daha çox investisiyalar və digər qeyri-neft investisiyaları cəlb etmək iqtidarında olan bir ölkəyə çevirmək üçün ən yaxşı Avropa texnologiyalarının və proqressiv həllərin təqdim edilməsi yolu ilə Azərbaycana iqtisadiyyatın şaxələndirilməsində və islahatlarda yardım göstərilməsi səylərimizi davam etdirməli və fəallaşdırmalıyıq.

• Aİ vitse-prezidenti Şefçoviç kimi Aİ-nin yüksək vəzifəli şəxslərinin səfərlərinin və Aİ tərəfindən dəstəklənəcək Avropa İttifaqı - Azərbaycan Biznes Forumu kimi mühüm hadisələrin baş tutacağını gözləyirik.

Ümid edirəm ki, eyni zamanda bir-birimizin mövqeyini daha yaxşı başa düşmək və münasibətlərimizin fundamental bazasını möhkəmləndirmək üçün əsl strateji tərəfdaşlar kimi bütün məsələlər üçün açıq dialoqu da davam etdirəcəyik.

- Bu il yeni tərəfdaşlıq sazişi ilə bağlı danışıqların başa çatacağını gözləmək olar?

Danışıqlarımız 2017-ci ilin fevralında, bir ilə yaxındır başlayıb. Hələlik işlər yaxşı gedir və biz böyük irəliləyişə nail olmuşuq.

- Bəli, biz bunu gözləyə bilərik. Və nəinki gözləmək, biz bunun baş verməsi üçün əlimizdən gələni etməliyik.

Danışıqlarımız 2017-ci ilin fevralında, bir ilə yaxındır başlayıb. Hələlik işlər yaxşı gedir və biz böyük irəliləyişə nail olmuşuq. Bu yeni saziş gələcək illərdə Azərbaycan və Aİ arasında münasibətlər üçün yeni hüquqi əsas olacaq. Buna görə tələsməməliyik, amma sazişin yüksək səviyyədə olacağına zəmanət verməliyik. Eyni zamanda, vaxt itirmədiyimizdən, mümkün olan yerdə irəlilədiyimizdən və cidd-cəhdlə işlədiyimizdən əmin olmalıyıq. Ümid edirəm ki, müqavilənin mətni bu il razılaşdırılacaq.

- Vətəndaş cəmiyyətinin bir sıra nümayəndələri iddia edirlər ki, Azərbaycan Belarusla birlikdə "Şərq Tərəfdaşlığı" proqramında ən passiv ölkələrdir. Əməkdaşlığın fəallaşdırılması, o cümlədən vətəndaş cəmiyyəti institutlarının dəstəklənməsi xətti üzrə fəallaşdırılması üzrə dialoq var?

Sammitin Birgə Bəyannaməsi Bakıdan bir çox müsbət rəylər alıb. Liderlərimiz 2020-ci ilə qədər 20 konkret məqsəd üzərində işi davam etdirmək barədə razılığa gəliblər.

- Sentyabrda Aİ-nin Azərbaycan nümayəndəliyinin rəhbəri vəzifəsinə təyin edildikdə Bakını çox dinamik şəhər kimi gördüm.

Bütün 2017-ci il ərzində hamımız fəal şəkildə noyabrın sonlarında keçirilmiş Şərq Tərəfdaşlığı sammitinə hazırlaşırdıq. Azərbaycan nümayəndələrinin iştirak etdiyi bir sıra hazırlıq tədbirləri keçirilmişdi, prezident Əliyev isə Brüsseldə keçirilən sammitə gedib, orada bütün liderlərimiz əsas məsələlər üzrə çox yaxşı və açıq müzakirələr aparıblar.

Sammitin Birgə Bəyannaməsi Bakıdan bir çox müsbət rəylər alıb. Liderlərimiz 2020-ci ilə qədər 20 konkret məqsəd üzərində işi davam etdirmək barədə razılığa gəliblər.

Şərq Tərəfdaşlığının iki aspekti var: ikitərəfli və çoxtərəfli. Aİ Azərbaycanda, habelə digər Şərq Tərəfdaşlığı ölkələrində hər iki istiqamət üzrə işləməyə hazırdır və artıq işləyir. Bu, ölkəyə təkcə Aİ-nin ən müxtəlif sahələrdə ən yaxşı təcrübəsi ilə tanış olmaq deyil, həm də Şərq Tərəfdaşlığı regionundan olan tərəfdaş ölkələrlə iqlim dəyişikliyi, ədalət mühakiməsi islahatları, kiçik və orta biznesin inkişafı, nəqliyyat və transsərhəd əməkdaşlıq kimi mühüm məsələlər üzrə təcrübəsini bölüşmək imkanı verir.

Azərbaycan ikitərəfli münasibətlərə üstünlük verir. Yeni hərtərəfli saziş əlavə olaraq münasibətlərimizin miqyasını və ambisiyalarını müəyyən edəcək.

Vətəndaş cəmiyyəti mövzusu həmişə bu işin bir hissəsi olub. Onsuz müasir cəmiyyəti təsəvvür etmək mümkün deyil. Bu mövzu yeni Hərtərəfli Sazişdə, tərəfdaşlığın prioritetlərində, yardım proqramlarımızda, habelə mövcud Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi üzrə bərpa olunmuş işdə əksini tapıb.

İrəliləyiş üçün imkanlar həmişə var, amma bizim münasibətlərimiz çox fəaldır.

- İctimaiyyət Aİ və Azərbaycan arasında Aviasiya Sazişi üzrə danışıqların yekunlaşmasını gözləyir. Sazişin bəzi təfsilatlarını açıqlaya bilərsiniz? Tərəflər arasında hansı bəndlər üzrə fikir ayrılıqları var?

Saziş mətninin 99%-i razılaşdırılıb. Prinsipial fikir ayrılıqları qalmayıb; sadəcə olaraq sazişin həyata keçirilməsi istiqamətində son addımı atmağın yolunu tapmaq qalıb.

- Gözləntilər başa düşüləndir. Belə ki, Ortaq Aviasiya Məkanı haqqında Saziş qarşılıqlı səmərəli sazişdir və Azərbaycan üçün bir çox imkanlar açacaq. Saziş turistlərin sayını artırmağa, Azərbaycan iqtisadiyyatını şaxələndirməyə kömək edəcək və Azərbaycanın Avropanı Asiya ilə birləşdirən strateji cəhətdən mühüm regionda nəqliyyat-logistika mərkəzi olmaq təşəbbüsünü daha da möhkəmləndirəcək.

Avropa İttifaqı bir sıra digər ölkələrlə analoji sazişlər imzalayıb. Təcrübəmiz göstərir ki, bizimlə bu cür sazişlər imzalayan istisnasız bütün ölkələrin reyslərin sayının xeyli artması, münasib bilet qiymətləri və ölkəyə səyahət edən sərnişinlərin sayının xeyli artması sayəsində hava əlaqələrinin nəzərəçarpan inkişaf görmək imkanına malik olublar.

Bu, Azərbaycana gələcəkdə iqtisadiyyatın, turizmin, ticarətin, investisiyaların şaxələndirilməsində kömək edəcək. Bu, Avropa İttifaqı vətəndaşlarına gözəl Azərbaycanı kəşf etmək, ölkənin üstünlüklərini anlamaq, münasibətlərimizi inkişaf etdirmək imkanı verəcək.

Ötən il danışıqlar bərpa edildikdən sonra iki mərhələ keçirdik. Saziş mətninin 99%-i razılaşdırılıb. Prinsipial fikir ayrılıqları qalmayıb; sadəcə olaraq sazişin həyata keçirilməsi istiqamətində son addımı atmağın yolunu tapmaq qalıb. Bunun yaxın gələcəkdə baş verəcəyinə çox ümid edirəm.

- Aİ Nümayəndəliyi Azərbaycanın Avropa xalqlarının mədəniyyəti ilə tanış edilməsi üzrə maarifləndirici xarakterli çoxlu sayda tədbirlər, festivallar keçirir. Nəticə hiss edirsiniz? Və sizcə, Azərbaycan cəmiyyəti Avrointeqrasiyaya hazırdır?

Sorğuda iştirak edənlərin 51% Aİ-yə etibar edir, 33% Aİ-nin maliyə dəstəyindən xəbərdardır. Ümid edirəm ki, bu rəqəmlər artmaqda davam edəcək.

- 2017-ci il Aİ nümayəndəliyi üçün daha çox bölgəni əhatə edən və müxtəlif alətlərin cəlb edildiyi ən intensiv ictimai diplomatiya ili oldu. Buraya debatlar, müzakirələr, mühazirələr, regionlara Avropa avtobus turları, Bakıda İMAGİNE Avropa Tolerantlıq Festivalı, Avropa Kino Festivalı, "ASAN Radio"da "AvropadASAN" verilişinin və sizinavropa.az www.veb-portalının açılmasından ibarət olub.

Tolerantlıq və çoxmədəniyyətlilik hamımızı birləşdirən xüsusiyyətlər olub. Azərbaycanda Avropa insanlar tərəfindən müsbət qəbul edilir və biz buna çox sevinirik. Biz hər yerdə qonaqpərvərliklə, təbəssümlə, maraqla və çox yaxşı səviyyədə bilik və anlayışla qarşılandıq. Bu, gələcək münasibətlərimiz üçün əsasdır.

Ötən il keçirilmiş illik ictimai rəy sorğusu Azərbaycanda insanların Aİ-yə qarşı müsbət münasibətinin artdığını göstərir (2016-cı ildə 26%-ə qarşı 47%). İnsanların 68%-i hesab edirlər ki, Aİ və Azərbaycan arasında münasibətlər yaxşıdır. 51% Aİ-yə etibar edir, 33% Aİ-nin maliyə dəstəyindən xəbərdardır. Ümid edirəm ki, bu rəqəmlər artmağa davam edəcək.

Bu gün Azərbaycan Avropa İttifaqı ilə tərəfdaşlığı seçib. Bu seçimə hörmət edirik, o, bizə təcrübi və qarşılıqlı səmərəli iş və əməkdaşlıq üçün şərait yaradır.

Bu, Avropa inteqrasiyası dedikdə nəyi nəzərdə tutmanızdan asılır: bu, hüquqi-texniki proses ola bilər, amma çox vaxt bu, çox geniş qarşılıqlı anlayışın formalaşdırılması, habelə bir-birinin güclü tərəflərinin qəbul edilməsi və onlardan istifadə prosesidir. Hesab edirəm ki, bu proses kifayət qədər uzun müddətdir davam edir. Son on il ərzində hər hansı digər Şərq Tərəfdaşlığı ölkəsindən daha çox Twinning alətindən fəal istifadə edən Azərbaycanda bu həmkarlar arasında nadir əməkdaşlıq alətindən fəal istifadə ölkəyə Aİ-nin ən yaxşı təcrübələrini və standartlarını gətirib.

Həqiqətən, bizim bir-birimizdən öyrənəcəyimiz və fayda əldə edəcəyimiz şeylər var. Səyahət etmək, görmək, öyrənmək və bir-birimizi daha yaxşı başa düşmək. İnteqrasiya bölüşülməli olan dəyərlərə və qaydalara əsaslanır.

- Azərbaycan və Avropa Şurası Bakının Avropa İnsan Hüquqları Məhkəməsinin İlqar Məmmədovun işi üzrə qərarını icra etməməsi ilə əlaqədar qarşılıqlı münasibətlərdə çətin zamanlar yaşayır. Azərbaycan rəsmiləri hətta ölkənin AŞ-dan çıxacağını da istisna etməyiblər. Azərbaycan AŞ-ı tərk edərsə, bunun Bakı ilə Avropa İttifaqı arasında qarşılıqlı münasibətlər üçün hansısa nəticələri olacaq?

Bu yaxınlarda Avropa İttifaqı Azərbaycana İlqar Məmmədovun işi üzrə həll yolu tapmaqda kömək etmək üçün çox şey edib.

- Avropa Şurası və Avropa İttifaqı iki fərqli təşkilatdır. Amma onlar eyni dəyərləri bölüşürlər, onlar bizim üçün çox vacibdir.

Bu yaxınlarda Avropa İttifaqı Azərbaycana İlqar Məmmədovun işi üzrə həll yolu tapmaqda kömək etmək üçün çox şey edib və biz bu məsələ üzərində işi davam etdirəcəyik.

İstənilən təşkilata üzvlük götürülən öhdəliklərin yerinə yetirilməsindən ibarətdir. Hesab edirəm ki, Avropa Şurasına üzvlük bu regionda yerləşən Azərbaycan üçün, onun beynəlxalq mövqeyi və strateji prioritetləri üçün vacibdir.

Spekulyasiyaları kənara qoyaq, onlar əsasən mətbuatda olub. Nəzəri imkanları təxmin etmək yerinə bunun baş verməməsi üçün işi davam etdirəcəyik.

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG