Accessibility links

Səməd Seyidov: Azərbaycanda insan haqları qorunub, qorunur və qorunacaq [Video-müsahibə]


Səməd Seyidov: Azərbaycanda insan haqları qorunub, qorunur və qorunacaq
please wait

No media source currently available

0:00 0:08:24 0:00

AŞPA-nin vitse-prezidenti Amerikanın Səsinə müsahibəsində Avropa Şurası-Azərbaycan münasibətlərindən danışıb

Avropa Şurası Parlament Assambleyasının vitse-prezidenti, Azərbaycan Milli Məclisinin AŞPA-da daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidov Amerikanın Səsinə müsahibəsində Azərbaycanda insan haqları ilə bağlı görüləcək işlər, Azərbaycan-Avropa Şurası münasibətlərindən danışıb.

Amerikanın Səsi: Azərbaycanın Avropa Şurasında (AŞ) mövqeyinin möhkəmləndirilməsi üçün vitse-prezident kimi hansı işləri planlaşdırırsınız?

Avropa Şurasının problemləri çoxdur, - həm maliyyə, həm dəyərlər, həm ikili standartlar problemləri var.

Səməd Seyidov: Azərbaycanın Avropa Şurasında nümayəndə heyətinin fəaliyyəti həmişə aktiv olub, bundan sonra daha da intensivləşəcək, daha da yüksək tribunada öz mövqeyimizi bildirəcəyik. Avropa Şurası bu gün islahatlara ehtiyacı olan bir təşkilatdır. Avropa Şurasının problemləri çoxdur, - həm maliyyə, həm dəyərlər, həm ikili standartlar problemləri var. Yəni, Avropa Şurası Avropanın işərisində olan problemləri özündə əks etdirir. Bütün Avropada olduğu kimi bu təşkilat da mütləq islahatlara getməlidir. Bu islahatlara getmək üçün zəmin yaratmalıdır. İslahatlar zamanı Azərbaycanın maraqlarını müdafiə etmək birbaşa mənim işimdir, təbii ki, nümayəndə heyəti ilə birgə. Amma, Azərbaycanın səsi daha gur gələcək. Ona görə ki, biz büro üzvüyük. Avropa Şurası Parlament Assambleyasının (AŞPA) iclaslarını aparırıq. Elə bu gün də, beşinci gün də Parlament Assambleyasının bütün iclasını Azərbaycan nümayəndəsi aparacaq. Bu da böyük bir etimad, böyük bir məsuliyyətdir.

Amerikanın Səsi: Azərbaycanla Avropa Şurası arasında İlqar Məmmədovun işi ilə bağlı müəyyən gərginliklər yaşanır. Azərbaycan bu problemin həllini necə görür? Azərbaycana qarşı sanksiya tətbiq edilə bilərmi?

Dünya təcrübəsi göstərir ki, sanksiyaları tətbiq edən tərəflər sanksiyalaradan daha çox əziyyət çəkir, nəinki sanksiya tətbiq edilən tərəf. Sanksiyalar dialoqa əks çıxan və tamamilə uyğun olmayan bir metoddur.

Səməd Seyidov: Problemi biz yaratmamışıq. Gərginliyi də biz yaratmamışıq. Biz Avropa İnsan Haqları Məhkəməsinin bütün qərarlarına hörmətlə yanaşırıq. Siz qərarları götürə bilrəsiniz. Görərsiniz ki, Azərbaycan tərəfi hər bir qərarın yerinə yetirilməsi ilə bağlı öz siyasi iradəsini ortaya qoyub. Hal-hazırda bu haqda danışmaq bir balaca tezdir. İlqar Məmmədovun işi ilə bağlı baş katibin təşəbbüsü əsasında Avropa İnsan Haqları Məhkəməsində xüsusi prosedur işə salınıb. Ona görə, bu məsələ Avropa İnsan Haqları Məhkəməsində baxıldığına görə, nə Avropa Şurası, nə AŞPA, nə də hansısa başqa tərəf bu işə müdaxilə edə bilməz. Avropa İnsan Haqları Məhkəməsi öz yekun fikrini bildirmək iqtidarındadır. Gəlin gözləyək, bu məsələ ilə bağlı səbirli olaq. Bir məsələni də qeyd edim, Azərbaycan öz əməkdaşlığını edib, edir və bundan sonra da edəcək. Gərginliyi biz yaratmamışıq, biz də gərginliyi aradan götürək. Hansısa başqa bir tövsiyyələr olacaqsa, onu da diqqətlə öyrənəcəyik. Hər bir halda bizim Avropa Şurası ilə münasibətimiz normal, konstruktiv şəkildə cərəyan edəcək. O ki, qaldı sanksiyalar məsələsinə, dünya təcrübəsi göstərir ki, sanksiyaları tətbiq edən tərəflər sanksiyalaradan daha çox əziyyət çəkir, nəinki sanksiya tətbiq edilən tərəf. Sanksiyalar dialoqa əks çıxan və tamamilə uyğun olmayan bir metoddur. Bu təşkilat dialoq, kommunikasiya,əlaqələr təşkilatıdır. Kimsə konfontasiyaya getmək istəyirsə önun özü bu problemdən əziyyət çəkəcək. Ona görə, sanksiya dili produktiv dil deyil, dialoq və qarşılıqlı hörmət, Avropa Şurasının rəhbərliyi də, AŞPA-da bu yolla getməlidir və əminəm ki, bu istiqamətdə də gedəcək.

Amerikanın Səsi: Dünən Azərbaycan Vəkillər Kollegiyası vəkil Fəxrəddin Mehdiyevin vəkillik fəaliyyətini bir il məhdudlaşdırıb, Aqil Layıca töhmət verib. Azərbaycanda vəkillik institutunun vəziyyətini necə qiymətləndirirsiniz? Sizə elə gəlmir, problemlər hələ də davam edir?

Vəkillik institutunun Azərbaycanda formalaşdırılması, yəni dünya standartlarına çatdırılması ilə bağlı və bu istiqamətdə islahatların aparılması ilə bağlı son zamanlar çox düzgün, məntiqli və həmin Vəkillər Kollegiyasını inkişaf etdirəcək addımalr atılıb.

Səməd Seyidov: Hesab edirəm ki, Vəkillər Kollegiyası, ümumiyyətlə vəkillik institutunun Azərbaycanda formalaşdırılması, yəni dünya standartlarına çatdırılması ilə bağlı və bu istiqamətdə islahatların aparılması ilə bağlı son zamanlar çox düzgün, məntiqli və həmin Vəkillər Kollegiyasını inkişaf etdirəcək addımlar atılıb. Təbii, bu islahatlar gedən prosesdə hansısa çətinliklər ola bilər. Ancaq, bu gün Vəkillər Kollegiyası ilə bağlı hansısa bir spekulyasiyalar aparmaq qəti düzgün deyil. Fərmanlar verilib, qanun artıq Milli Məclis tərəfindən qəbul olunub. Vəkillər Kollegiyasının özündə islahatlar aparılır. Rəhbərliyə yeni insanlar gəlib və bu istiqamətdə dünya standartlarına yaxınlaşacağıq. Bu yolda hər hansı bir proses gedəcəksə, onu da müzakirə etməyə hazırıq. Ancaq, bunu da siyasiləşdirmək, içərisindən hansısa siyasi dividentlər qazanmağı heç kimə məsləhət görmürəm. Bu düzgün bir yol deyil.

Amerikanın Səsi: Beynəlxalq təşkilatlar, eyni zamanda Avropa Şurası Azərbaycanda siyasi məhbuslar məsələsini hər zaman önə çəkir. Azərbaycanda bu problemin həlli üçün nələr edilməlidir?

Təəssüflər olsun ki, bu gün insan haqları bir alətə çevrilmiş məsələdir, siyasi oyunlarda istifadə olunan bir məsələdir. Bu da real insan haqlarını müdafiə etmək prosesinə ciddi və mənfi təsir göstərir.

Səməd Seyidov: Azərbaycanda insan haqları qorunub, qorunur və bundan sonra da qorunacaq. Təəssüflər olsun ki, həm Avropada, həm dünyada insan haqlarını alətə çevirib dövlətə qarşı istifadə edirlər. Biz gərək, real insan haqları problemləri ilə yanaşı, insan haqlarından istifadə olunub dövlətə təzyiq edilən siyasəti ayıraq. Onda normal şəkildə insan haqları haqqında söhbət etmək olar. Təəssüflər olsun ki, bu gün insan haqları bir alətə çevrilmiş məsələdir, siyasi oyunlarda istifadə olunan bir məsələdir. Bu da real insan haqlarını müdafiə etmək prosesinə ciddi və mənfi təsir göstərir. Əminəm ki, bu istiqamətdə işlər bundan da yüksək səviyyədə təşkil olunacaq. Dünən özünüz gördünüz ki, burada baş katib çıxışında Azərbaycanda insan haqları ilə bağlı cənab prezidentin fərmanına xüsusi istinad etdi. Ona görə, bu proses həmin o siyasət məsələsindən kənarlaşdırılanda, hansısa süni şəkildə spekulyasiyaları onun içərinsindən qaldıranda real, yüksək səviyyəli iş ortaya çıxır. Bu iş də Azərbaycanda “Cinayət Məcəlləsi”nin təkmilləşdirilməsidir, insan haqları ilə bağlı məsələrin həyata keçirilməsidir, Avropa Şurasının və Nazirlər Komitəsinin işçi planının həyata keçirilməsidir. Həmin, siz sual verdiyiniz hakimlik, vəkillik institutunun təkmilləşdirilməsidir. Bunların hamısı Azərbaycanda kompleks şəkildə insan halqarına təkan verən bir məsələdir. Biz də bu istiqamətdə işlər görəcəyik.

XS
SM
MD
LG