Accessibility links

AŞPA-nin həmməruzəçisi Əfqan Muxtarlı və Gözəl Bayramlı barədə məhkəmə hökmünü pisləyib


Stefan Şennak
Stefan Şennak

AŞPA Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçisi Stefan Şennak Azərbaycanda jurnalist Əfqan Muxtarlı və Xalq Cəbhəsi Partiyasının sədr müavini Gözəl Bayramlı barəsində məhkəmə hökmlərini pisləyib.

"Sual edə bilərəmmi, niyə? Mən onun məhkəməsindən narahatam, onun həbsi səhv idi, qanunun aliliyinə riayət olunmayıb", Şennak Twitter-dəki mikrobloqunda Bayramlı barəsində hökmlə bağlı yazıb.

Gözəl Bayramlı
Gözəl Bayramlı

Bir neçə gün əvvəl Şennak jurnalist Əfqan Muxtarlı barəsində hökmlə bağlı da narahatlığını bildirərək, Twitter-də həmkarı ilə birlikdə Azərbaycanda və Gürcüstanda Muxtarlının işini araşdırdığını yazıb. Məruzəçi Əfqanın Gürcüstanda oğurlanması ilə bağlı narahatlığını bildirib.

"O, həbsdə olmamalıdır", Şennak yazıb.

Gözəl Bayramlı 2017-ci il mayın 25-də Gürcüstandan qayıdarkən sərhəd-buraxılış məntəqəsində saxlanılıb. Onun barəsində CM-in 206.1-ci (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi açılıb və o, həbs edilib.

İstintaqın məlumatına görə, Bayramlının baqajına baxış zamanı guya onun bəyan etmədiyi 12 min dollar aşkar edilib.

Bayramlı bildirib ki, pulu onun üzərinə qəsdən qoyublar, həbsi isə siyasi sifariş xarakteri daşıyır. O, həmçinin bildirib ki, Gürcüstana müalicəyə getmişdi və son iki ildə üç dəfə orada əməliyyat olunub. Yanvarın 23-də məhkəmə onu üç il müddətinə azadlıqdan məhrum edib.

Əfqan Muxtarlı
Əfqan Muxtarlı

Yerli və beynəlxalq hüquq müdafiə təşkilatları Bayramlını siyasi məhbus kimi tanıyıb.

Əfqan Muxtarlı 2017-ci il mayın 29-da Tbilisidə müəmmalı şəkildə yoxa çıxıb. Bir gen sonra Azərbaycanda jurnalistin həbs edildiyi bildirlib. Muxatrlı Gürcüstanın polis əməkdaşları tərəfindən oğurlanaraq Azərbaycan hakimiyyətinə təhvil verildiyini bildirib. O cibinə cibinə 10 min avro qoyulduöunu deyib. Jurnalisti sərhədi qanunsuz keçməkdə və qaçaqmalçılıqda ittiham ediblər.

Muxtarlı Bakıda təqibə məruz qaldıqdan sonra Tbilisiyə köçüb, Azərbaycanın müxalif nəşrləri ilə işləyib, Azərbaycan hakimiyyətinin yüksək eşelonlarında korrupsiya faktlarının araşdırılması ilə məşğul olub.

XS
SM
MD
LG