Accessibility links

Xəzəryanı ölkələrin Hərbi Dəniz Qüvvələrinin komandanları görüşəcək


Xəzər regionu

Yaxın günlərdə Tehranda beş Xəzəryanı ölkənin Hərbi Dəniz Qüvvələri (HDQ) komandanlarının görüşü keçiriləcək. Bu barədə aprelin 25-də İran HDQ komandanı Hüseyn Xanzadi Tehranda Hind Okeanı ölkələrinin Hərbi-Dəniz Simpoziumunda çıxış edərkən bildirib.

Qarşıda duran görüşlə bağlı şərh verən Xanzadi deyib ki, müşavirə Xəzər dənizində təhlükəsizliyin təmin edilməsi məqsədilə keçiriləcək.

"Digər bir məqsəd kənardan Xəzər dənizinin təhlükəsizliyinin pozulmasına yol verməmək və transregional dövlətlərin regiona daxil olmasına yol verməməkdir", İRNA agentliyi admiraldan sitat gətirir.

Xanzadi görüşün məhz nə zaman keçiriləcəyini bildirməyib.

Qeyd edək ki, regiondankənar qüvvələr dedikdə ilk növbədə ABŞ və NATO nəzərdə tutulur.

Amerika artıq bir neçə ildir "Xəzər mühafizləri" adı altında Azərbaycan və Qazaxıstan HDQ-nin gücləndirilməsi proqramını həyata keçirir. Proqram çərçivəsində ABŞ bu ölkələrə hərbi gəmilər, təchizat verib və hərbi heyətə təlimlər keçib.

XS
SM
MD
LG