Accessibility links

Xarici İşlər Nazirliyi: Azərbaycanın səbrinin həddi var


Hikmət Hacıyev

“Ermənistanda siyasi böhran nəticəsində hakimiyyət dəyişikliyi baş verəndə Azərbaycan tərəfi bildirdi ki, bu ölkədə sağlam təfəkkürlü siyasi qüvvələr hakimiyyətə gələrsə, münaqişənin həllində irəliləyişə nail olmaq olar. Amma deyəsən, Ermənistanın oxlokratiya rejimi əvvəlki rejimin səhvlərini təkrarlamağa çalışır?!”

Bu barədə Azərbaycan Xarici İşləri Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

Xatırladaq ki, Ermənistan Xarici İşlər Nazirliyi Azərbaycan prezidentinin Naxçıvana səfəri zamanı Dağlıq Qarabağ münaqişəsinin nizamlanması və Azərbaycan Ordusunun silahlanması ilə bağlı bəynatına sərt münasibət bildirib. Ermənistan Azərbaycanın Dağlıq Qarabağla danışıqlar aparmalı olduğunu bildirib.

Hikmət Hacıyev Ermənistan Xarici İşlər Nazirliyinin açıqlamasına cavab olaraq deyib.

“Paris görüşündən sonra ATƏT-in Minsk Qrupunun həmsədrlərinin bəyanatı və Azərbaycan xarici işlər nazirinin açıqlamasının fonunda Ermənistan Xarici İşlər Nazirliyi destruktiv mövqe nümayiş etdirməkdə davam edir. Əgər yeni xarici işlər nazirinin təlimatı ilə Sarkisyan rejiminin ünsürü olan mətbuat katibi belə sərsəm açıqlamanı verirsə, onda əminliklə deyə bilərik ki, Ermənistanı eyni aqibət gözləyir. Azərbaycan münaqişənin həlli prosesini irəli aparmaq üçün intensiv danışıqların tərəfdarıdır. Hər hansı qeyri-real yeni elementlərin daxil edilməsi cəhdləri bütün danışıqlar prosesini iflic edə bilər. Çox tezliklə Ermənistanın hansı yol tutduğunu görəcəyik. Amma hər kəs bilməlidir ki, Azərbaycanın səbrinin həddi vardır”, Hacıyev qeyd edib.

XS
SM
MD
LG