Sentyabrın 12-də Müsavat Avropa Koordinasiya Mərkəzinin (Müsavat AKM) Fransa özəyi Strasburq şəhərində Avropa Parlamentinin qarşısında aksiya keçirib. Bu barədə Müsavat-AKM facebook səhifəsində məlumat yayıb.
Müsavat-AKM Fransa özəyinin koordinatoru Azər Osmanov bildirib ki, aksiyada “Azərbaycanda mətbuata təzyiqlərə son qoyulsun!”, “Siyasi məhbuslara azadlıq!”, “Avropada yaşayan mühacirlərin ailələrinə təzyiqlərə son qoyulsun!” şüarları səsləndirilib.