Pakistanda üç həftə sürən daşqınlar milyonlarla insanı ac, evsiz qoymuş və onları dövlətin böhrana laqeydliyinə görə hirsləndirmişdir. Bəzilərinin militant qruplarla əlaqədə olması hesab edilən İslam xeyriyyəçiləri, liderlərinin təhlükəsizlik, yoxsulluq üzrə göstəricilərindən və uzun sürən elektrik çatışmazlığından təngə gəlmiş pakistanlılara yardım etməyə başlayıblar. Pakistan rəsmiləri bu gün Vaşınqtonda Beynəlxalq Valyuta Fondu ilə danışıqlara başlayacaqlar. Görüşdə Pakistan tərəfi 2008-ci ildə üzərində razılaşdığı 10 milyard dollarlıq kredit proqramına dair şərtləri yüngülləşdirməyə çalışacaq. Pakistanda on illər boyu baş vermiş ən pis təbii fəlakət nəticəsində artmış iqtisadi öhdəliyə görə ölkə kredit şərtlərinin yüngülləşdirilməsinə çalışır. Qeyri-adi ağır musson yağışları ölkənin beşdə bir hissəsini su altında qoyan daşqınlara səbəb olub. Hesablamalara görə 1600 nəfər həlak olub və 20 milyon pakistanlı daşqından zərər çəkib. Fəlakət kəndləri viran qoyub, infrastrukturu yuyub aparıb, məhsulu və mal-qaranı məhv edib.