Accessibility links

Azərbaycan ərazisində separatçılığı dəstəklədiyinə görə Slovakiya vətəndaşına cinayət işi qaldırılıb


Slovakiya vətəndaşı Frantişek Mikloşkonun Ermənistanın Azərbaycanın işğal etdiyi ərazilərində yaratdığı qanunsuz rejimi beynəlxalq səviyyədə tanıtdırmaq və təbliğ etmək məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxslə bu ərazilərə xarici ölkə vətəndaşlarının səfərlərini təşkil etməsi, eyni zamanda, Azərbaycanın ərazi bütövlüyü və suverenliyini şübhə altına alan qərəzli hərəkətlər etməsində şübhələr üçün kifayət qədər əsaslar olduğundan həmin faktlarla bağlı Azərbaycan Baş Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsindəCinayət Məcəlləsinin 281.2 (bir qrup şəxs tərəfindən Azərbaycanın ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar etmə) və 318.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən Azərbaycanın dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi başlanıb. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi və Baş Prokurorluğun Mətbuat xidmətlərinin məlumatında deyilir.

Məlumata görə, F.Mikloşko Azərbaycanın müvafiq dövlət qurumları ilə razılaşdırmadan icazəsiz Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərinə dəfələrlə qanunsuz səfər edib, həmin ərazilərdə keçirilən qondarma seçkilərdə “müşahidəçi” kimi iştirak edib, etnik və dini zəmində millətlərarası nifaqı qızışdıran hərəkətlər edib.

“Bu şəxs qanunsuz rejimin beynəlxalq səviyyədə təbliğ edilməsi məqsədilə Yerevan şəhərində keçirdiyi mətbuat konfransında “qondarma parlament seçkiləri müstəqillik haqqında özünəməxsus referendumdur” deyə Azərbaycanın ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar edib. O, həmçinin qondarma rejim barədə “müstəqil dövlət kimi qəbul olunmalıdır”, “bizim üçün müstəqil dövlətdir” kimi müraciətlərlə çıxış edib”.

İttiham üçün əsas verən kifayət qədər sübutlar toplandığından F.Mikloşko Cinayət Məcəlləsinin 281.2 və 318.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində Nəsimi Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilməklə axtarış elan olunub.

Təqsirləndirilən şəxs F.Mikloşkonun tutulub istintaqa cəlb edilməsi üçün zəruri əməliyyat-axtarış tədbirlərinin yerinə yetirilməsi məqsədilə axtarış qərarının icrası Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsi və “İnterpol”un Milli Mərkəzi Bürosuna həvalə edilib.

Cinayət təqibi aparılan şəxsin vətəndaşı olduğu Slovakiyaya bu barədə diplomatik kanallarla məlumat verilib.

Xatırladaq ki, Frantişek Mikloşko Xristian Demokrat Hərəkatından Slovakiya Milli Şurasının (parlament) üzvü və 1990-1992-ci illərdə Slovakiya parlamentinin spikeri olub.

Cinayət işi ilə bağlı nə Frantişek Mikloşko, nə də Slovakiya Respublikası hələ şərh verməyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Bayden ABŞ-ın Avropadakı hərbi mövcudluğunu gücləndirəcəyini deyib
please wait

No media source currently available

0:00 0:11:23 0:00
XS
SM
MD
LG