Accessibility links

Yeniyetmələr arasında siqaret çəkmək daha çox dost əldə etmək yollarından biridir


Yeniyetmələrin siqaret çəkməsi problemdir
please wait

No media source currently available

0:00 0:03:00 0:00

Yeniyetmələrin siqaret çəkməsi problemdir


Səhiyyə rəsmilərinin yaşlılar arasında siqaret şəkməyi azaltmağa çalışdığı bir vaxt, bu problem yeniyetmələr arasında artmaqdadır. Son 10 ildə aparılan araşdırmaların nəticələri siqaret çəkmək riskinin məktəbdə, orta və yuxarı siniflərdə oxuyan şagirdlər arasında daha çox olduğunu göstərib.

Əslən İspaniyadan olan Bia Donoso və Laura Rodrigez siqaret çəkməyə məktəbdə oxuyarkən başlayıblar. Onlar bunun onları daha populyar etdiyini deyirlər. “Biz dostlarımızla birlikdə əyləncələrdə olurduq və biz də dostlarımız kimi olmağa, daha cəlbedici görünməyə çalışırdıq.” -deyə, Bia bildirir.

Yuxarı sinifdə oxuyan və daha populyar olmaq istəyən şagirdlər siqareti daha tez çəkməyə başlayırlar. Tom Valenti Cənubi Kaliforniya Universitetində profilaktik tibb üzrə professordur. “Populyar olmaq baha başa gəlir. Bədəl də odur ki, populyarlığını qoruyub saxlamalısan."

Siqaret çəkmək bu mövqeyi saxlamaq yollarından biridir. 10 ildə aparılan 4 araşdırmanın nəticələri 9 və 10-cu sinif şagirdlərinin siqaret çəkməklə daha çox dost əldə etdiyini göstərib.

Unified School District-dən Sintiya Qomez belə nəticələrin təəccüb doğurduğunu və bununla bağlı fərqli şeylər gördüyünü deyir. “Söhbət burada populyar uşaqlardan deyil, populyar olmaq istəyən uşaqlardan gedir.”

Sağlam həyat tərzi yaşamaları üçün bəzi yuxarı sinif şagirdləri aşağı sinif şagirdlərinə yaxşı nümunə olmağa çalışırlar. Bunun üçün onlar aşağı sinif şagirdlərinin dərslərində iştirak edir və onlara yardım edirlər.

16 yaşlı Viktoria Smit deyir ki, 5 və 6-cı sinif şagirdləri ilə işləyərkən siqaretə münasibəti tamamilə dəyişdi. “Onlar bunun pis adət olduğunu bilsələr də, məktəbdə populyar olmağın nə olduğunu da bilirdilər.”

14 yaşlı Janil Rivas onun kimi digər şagirdlərin balacalara yardımının yaşlılardan daha çox effektiv olduğunu deyir. “Onların mənimlə ünsiyyətdə olması daha məqsədəuyğundur, çünki mən onlarla yaş baxımından daha yaxınam.”

Siqaret çəkməyin qarşısını erkən yaşlardan almaq vacibdir. Təhsil və səhiyyə ekspertləri siqaretə daha erkən başlayanların dayandırmasının da çətin olduğunu deyirlər.

Dünyaya Baxış

Dünyaya Baxış. Trampın ilk keçmiş ABŞ prezidenti kimi cinayət məhkəməsi başlayıb
please wait

No media source currently available

0:00 0:12:13 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG