Accessibility links

Avropada şiddətli qar yolların bağlanmasına səbəb olub


Ötən bir neçə gündə Avropada çovğun və şaxtalı temperatur vəziyyəti çətinləşdirib.

Dörd gün davamlı olaraq yağan güclü qar və yaranan buz Balkanlar boyu yolların və kəndlərə girişlərin tutulmasına səbəb olub.

Serbiyada rəsmilər bədbəxt hadisələrin olmaması üçün bəzi yollarda hərəkəti dayandırıblar. Belqrad heyvanxanasında heyvanların istidə qalmasını təmin etmək üçün xüsusi tədbirlər görülüb. Soyuq havaya davamsız olan cins heyvanlar istiləşdirilmiş yerlərdə saxlanılır.

Xorvatiyada yaşlı vətəndaşlara qeyri adi dərəcədə aşağı temperatura görə evdə qalmaq barədə xəbərdarlıq edilib.

Almaniyada güclü qar uçuşların ləğv olunmasına və sərnişinlərin hava limanınlarında ilişib qalmalarına səbəb olub.

Sərt hava şəraiti bir neçə yerdə ölüm hallarına səbəb olub.
XS
SM
MD
LG