Somalinin müvəqqəti hökuməti əl-Şabab yaraqlı qrupunun rəsmən əl-Qaidə ilə birləşməsinə təəccüblənmədiklərini deyiblər. Hökumətin informasiya naziri Əbdülkadir Hüseyin Məhəmməd bu günkü bəyanatında “mütəfiq sözü bizim üçün yenilik deyil” deyə bildirib.
O, əl-Qaidə nümayəndələrinin əl-Şabab liderlərinə pul ödədiklərini bildirib. Onun sözlərinə görə əl-Şabab yaraqlıları artıq yerli Somali-İslamçı təşkilatı adı altında gizlənə bilməz.
Əl-Qaidə lideri Ayman əl-Zavahiri dünən cihadı təbliğ edən veb səhifəsinə yerləşdirilən video yazıda əl-Şababla müttəfiqliyi elan edib. Qrup ilkin olaraq əl-Qaidə ilə birləşdiyini bildirib və iyun ayında ABŞ qüvvələri Üsama Bin Ladeni öldürdükdən sonra əl-Zavahiri ilə birgə oludqlarına söz verib.