Rəsmilər xəbər verilər ki, Somalinin dəniz quldurları bir neçə milyon dollar girov pulu aldıqdan sonra Almaniyaya mxsus karqo gəmisini azad ediblər.
MV Susan K və onun 10 nəfərlik ekipajı apreldən bəri girov saxlanırdılar. Gəmi Cibutiyə istiqamət götürəcək.
Somali quldurları son illər onlarla gəmini qaçırıblar və bu yolla yüz milyonlarla dollar əldə ediblər.
Avropa İttifaqının donanma qüvvələri komandanlığı quldurların azı 30 gəmi və 650 girov saxladıqlarını deyirlər.