Accessibility links

Somalidə yeni prezident seçilib


Çərşənbə axşamı somalili qanunvericilər yeni prezident seçiblər. Onların seçdikləri prezident isə ikili ABŞ-Somali vətəndaşlığı olan sabiq baş nazirdir.

“Farmaco” adı ilə tanınan Məhəmməd Abdullahi Məhəmməd Moqadişuda Somali parlametində keçirilən iki mərhələdən ibarət səsvərmənin qalibi elan edilib.

İkinci mərhələdə Farmaco səslərin əksəriyyətini qazanaraq, hazırkı başçı Həsən Şeyx Məhəmməd və keçmiş prezident Şeyx Şərif Şeyx Əhmədi geridə qoyub.

Yeni prezident tez bir zamanda and içərək təhlükəsizliyi yaxşılaşdıracağına, korrupsiyaya qarşı mübarizə edəcəyinə, eləcə də yoxsullara yardım göstəriləcəyinə söz verib.

54 yaşlı Farmaco həyatının çox hissəsini ABŞ-ın Baffalo şəhərində keçirib. Orada o, ailəsi ilə birlikdə yaşayıb və Nyu-York ştatının hökümətində bir sıra vəzifələrdə çalışıb.

Lakin o, yenə də, Somalidə siyasətlə maraqlanmağa davam edib və 2010-2011-ci illərdə islamçı militant qrup Əl-Şəbabın qaldırdığı qiyam ərəfəsində səkkiz ay boyunca Somalinin baş naziri vəzifəsində çalışıb.

Farmaconun qarşısında Əl-Şəbabı aradan qaldırmaq və 1990-cı illərdən bəri münaqişələrə boğulan ölkəni sabitləşdirmək kimi çətin öhdəliklər var.

Bundan əlavə, yardım agentlikləri zorakılıq və quraqlıq səbəbilə yüz minlərlə somalilinin aclıqla üzləşə biləcəyi ilə bağlı xəbərdarlıq edib.

XS
SM
MD
LG