Somali hökuməti bildirib ki, hökumət qoşunları və Afrika İttifaq qüvvələri paytaxat Moqadişunun bir sıra hissələrini yaraqlılardan geri alıblar. İnformasiya Nazirliyinin bu günkü bəyanatında deyilir ki, hökumət və Afrika İttifaqının qoşunları bir oteli, keçmiş hərbi hospitalı, və ictimai meydanı son bir neçə gün ərzində azad ediblər. Məlumatda hökumət mövqelərinin əl-Şabab yaraqlı qrupunun istinadgahı olan Barkara bazarına yaxın olduğu deyilir. Məlumatda eyni zamanda əl-Şababın liderləri arasında parçalanma baş verdiyi qeyd edilir. Hökumət dəstədə ikinci yer tutan Muxtar Robovun öz döyüşçülərini Moqadişudan çıxardığını ehtimal edir. Əl-Şabab bu barədə heç bir məlumat vermir. Şahidlər Somalinin paytaxtında iki gün davam edən toquşmaların ardınca bu gün baş verən ağır döyüş nəticəsində azı 20 nəfərin həlak olduğunu bildirib. Afrika İttifaqının qüvvələrinin köməyi ilə hökumət qoşunları şənbə gününün sonundan əl-Şabab və Hizbul İslam yaraqlı qrupları ilə mübarizə aparır. Döyüşlər Moqadişunun Hodan rayonunda mərkəzləşdiyini və 50-dən çox insanın yaralandığını bildiriblər.
Yaraqlı qruplar Somalinin BMT tərəfindən dəstəklənən hökumətini devirmək istəyir