Birləşmiş Ştatlarda 50 milyondan şox insan müxtəlif növ allergiyalardan əzab çəkir və bu rəqəm artmaqda davam edir. Son araşdırmaların nəticələri allegiyaya səbəb kimi iqlim dəyişiklilyini də göstərib. Alimlər havanın getdikcə istiləşməsinin və karbon-dioksinin səviyyəsinin artmasının alaq otlarının çoxalmasına, bunun da insanlarda allergiyaya səbəb olduğunu deyirlər.
Birləşmiş Ştatların Kənd Təssərüfatı Nazirliyinin Vaşinqton yaxınlığındakı Elmi Araşdırmalar Mərkəzində bitkilər üzrə mütəxəssis Luis Ziska artmaqda olan alaq otlarının atmosferdə CO2 - karbon dioksidi artırdığını deyir. O, deyir ki, bu iqlim tendensiyası davam edərsə, onda qarşıdan gələn on illər ərzində insanlar daha uzun tozlaşma mövsümü ilə üzləşəcəklər. “Əgər 1900-cü ildə alaq otları səbəbindən CO2-karbon-dioksini ifraz edən tozcuqlar orta hesabla havada 5 qram idisə, 1990-cı ildə bu, 10 qrama çatıb. Əgər karbon-dikoksin qarşıdan gələn 50 ildə artmaqda davam edərsə, onda tozcuqların havada həcmi 20 qrama çatacaq” - deyə, alim bildirir.
Ziska allergiyaya səbəb olan alaq otları və tozcuqların araşdırması ilə azrtıq 10 ildir məşğul olur. O, alaq otlarının səbəb olduğu tozcuqların artmasının nəinki sağlamlığa, eləcə də, su və bitkilərə verilən gübrəni daha çox özünə çəkməklə kənd təsərrüfatına da zərər verdiyini deyir. Ziska deyir ki, allergiyaya səbəb olan alaq otlarından ən qorxulusu tez bitən ambroziyadır.
Doktor Daril Zeldin Şimali Karolina ştatındakı Ətraf Mühit və Sağlamlıq İnstitutunun icraedici direktoru və baş təhqiqatçısıdır. O, allergiyanın son 10-15 ildə sürətlə artdığını deyir və qeyd edir ki, əgər hal-hazırda allergiyadan 50 milyon insan əzab çəkirsə. havada tozcuqlar artdıqca bu rəqəm artmaqda davam edəcək.
Doktor Zeldin astma xəstəliyi və allergiyanın biri-birinə çox yaxın olduğunu, astma xəstəliyi olan insanların çoxunun allergiyadan da əzab çəkdiklərini deyir. “Allergiyanın müalicəsinə hər il birbaşa və ya dolayısı ilə 8-10 milyard dollar xərclənir. Astma da böyük problemdir və hər il milyardlarla əlavə pul aparır” deyə, o bildirir.
Doktor Zeldin deyir ki, insanlarda allergiya ola bilsin bir deyil, bir neçə alaq otuna qarşı olsun. Onun son araşdırmalarının nəticələri allergiyaya səbəbin genetik və ya ekoloji faktorlar ola bildiyini göstərib. Habelə astma və allergiya ilə köklük və ürək-damar xəstrəlikləri arasında əlaqənin mövcudluğuna dair dəlillər var.
Minlərlə müxtəlif alaq otundan 8-i və ya 10-u allergiyaya səbəb olur. Alaq otlarının çoxu onlara qarşı tətbiq edilən herbisidlərə davamlıdırlar və bu, o deməkdir ki, bunun qarşısının alınması yolunda aparılacaq araşdırmalara daha çox maliyyə vəsaiti lazımdır.