Accessibility links

Havanın çox isti keçməsi və qatı duman səbəbindən Moskvada ölənlərin sayı iki dəfə artıb


Çox sayda moskvalının şəhəri tərk etdiyi bildirilir

Rusiyanın səhiyyə rəsmilərinin bildirdyinə görə, Moskvada son zamanlar havanın çox isti keçməsi və qatı duman səbəbindən ölənləri sayı iki dəfə artıb. Moskva şəhərinin Səhiyyə Departamentinin başçısı Andrey Seltsovski bu gün bildirib ki, əvvəllərlə müqayisədə Moskvada gündə 360-380 insan ölürdüsə, hal-hazırda bu rəqəm 700-ə yüksəlib. Bu səbəbdən də çox sayda moskvalının şəhəri tərk etdiyi bildirilir.

Aviasiya rəsmiləri dünən Moskvanın üç ən böyük hava limanından 104 000 insanın uçduğunu, turizm agentlikləri isə əsasən də Misir və Türkiyə olmaqla, bütün istirahət paketlərinin satıldığını bildirirlər.

XS
SM
MD
LG