Accessibility links

Sosial mediada sensasiya yaradan violonçel ifaçısı


Sosial mediada sensasiya yaradan violonçel ifaçısı
please wait

No media source currently available

0:00 0:02:47 0:00

Virciniya ştatının Arlinqton şəhərində yaşayan 24 yaşlı violonçel ifaçısı Endryu Savoyyanın TikTok-da paylaşdığı müasir pop və hip-hop instrumental musiqisi sosial mediada geniş rəğbət qazanıb.

Tanış olun, bu, Virciniya ştatının sakini, sosial mediada sensasiya yaradan 24 yaşlı violonçel ifaçısı Endryu Savoyyadır. Onun iyul ayında yaratdığı Savoiboi TikTok hesabına bir neçə ay ərzində milyonlarla baxış və bəyənmə olub. “Tətbiqdə bir çox cəlbedici mahnılar var idi. Sadəcə bir videonu izləyən zaman ayağa qalxıb rəqs etmək istədiyiniz musiqilər. Və mən bunu violonçeldə canlandıra biləcəyimi düşündüm. Bunu etdim və dostlarımdan biri onu yazdı. Çox sayda müsbət reaksiyalar aldı. Mən bunun bu qədər bəyəniləcəyini düşünmürdüm.”

Savoyyanın sosial mediadakı uğuru onun başına gələn bir sıra uğursuzluqlardan sonra baş verib. Ağrılı bir ayrılıq, tibb fakültəsinə girə bilməməsi, depressiya - bütün bunlar qəribə bir şəkildə onun nailiyyətlərinə kömək etdi. “Musiqi mənim üçün yaşadığım duyğuların, təcrübələrın, xatirələrin nəzərdən keçirilməsi yolu oldu. Musiqi şəfa vermək qabiliyyətinə malikdir və digər insanlar üçün də eyni şeyi edə bilir. Birləşdirici bir qabiliyyətə malikdir.”

Proses isə çox sadədir: o bəyəndiyi bir musiqini tapır və onu violonçeldə ifa edir. “Müxtəlif janrlarda musiqi dinləyirəm - hip-hop, rok musiqisi, bəzən kantri musiqisi, klassik musiqi və saysız-hesabsız digər janrlar. Və yalnız bu alətdə yaxşı səslənəcək bir melodiyanı seçməyə çalışıram. Bu alət müxtəlif səslər çıxara bilir.”

Musiqi Savoyyanın karyerası olmayacaq. O, Virciniya Politexnik İnstitutu və Dövlət Universitetinin neyro-biologiya fakültəsinin məzunudur və gələcəkdə nevroloq olmağı planlaşdırır. Lakin onun çox sevdiyi musiqi və tibb ayrılmazdır. Bunu onun keçmiş müəllimlərindən biri də deyir. Virciniya Politexnik İnstitutu və Dövlət Universitetinin professoru Süzan Kampbell: “Əhalinin musiqi istedadı olan bir hissəsini və ya vəziyyətə görə musiqinin həqiqətən də sakitləşdirə biləcəyi insanları görə bilərəm. Və onun ifasını izləmisinizsə, o çox hissiyatla musiqi ifa edir. Əslində o, violonçel çalmağa başladığından düşünürəm ki, bu proses onu sağaltdı."

Savoyyanın Rey Srimmurdun Gel Get Her hip-hop musiqisinin ifasına üç milyondan çox baxış olub. O, musiqini sevən insanların özlərinin də bir alətdə ifa edəcəklərinə ümid edir.

Şərhlərə bax

XS
SM
MD
LG