Accessibility links

Benzin və dizel yanacağının qiyməti 2 qəpik artıb [Yenilənib]


Benzin və dizel yanacağının qiyməti 2 qəpik artıb
Benzin və dizel yanacağının qiyməti 2 qəpik artıb

Qiymət artımı yol vergisinin əvəzində edilib

Azərbaycan Tarif (qiymət) Şurası yol vergisi əlavə olunmaqla Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiymətini 1 litr üçün 72 qəpik, dizel yanacağının pərakəndə satış qiymətini 1 litr üçün 62 qəpik müəyyən edib. Bu barədə Tarif Şurası məlumat yayıb.

Beləlilklə ölkədə yol vergisi əvəzində hər litr avtomobil benzinində 2 qəpik qiymət artımı edilib.

Tarif Şurası bildirir ki, neft məhsullarının tariflərinə yanvarın 12-də “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 2014-cü il 30 dekabr tarixli qanuna uyğun olaraq baxılıb. Vergi Məcəlləsinə edilən dəyişikliklərə əsasən, ölkə ərazisində istehsal edilərək daxili istehlaka yönəldilən və idxal edilən avtomobil benzini, dizel yanacağı və maye qazın hər litrinin topdansatış qiymətinə 2 qəpik əlavə edilməklə yol vergisinin tətbiqi nəzərdə tutulub.

Tarif Şurasının məlumatında deyilir ki, 2015-ci ilədək illik yol vergisini fiziki şəxslər avtonəqliyyat vasitələrinin mühərrikinin həcminə görə texniki baxışdan keçən zaman, hüquqi şəxslər isə balanslarında olan avtonəqliyyat vasitələrinə görə vergi orqanlarına müvafiq bəyannamə təqdim etməklə dövlət büdcəsinə ödəyirdilər. Bu zaman hüquqi və fiziki şəxslər tərəfindən istismara yararsız avtonəqliyyat vasitələrinə görə də onların avtomobil yollarından istifadə edib-etməmələrindən asılı olmayaraq yol vergisi ödənilirdi.

Ekspertlər yanacağın qiymətinə 2 qəpik əlavə ilə yol vergisinin həcminin yetərli qədər artacağını bildirir. Ölkədə ildə orta hesabla 1 milyon 300 min ton avtomobil benzini, 700 min ton dizel yanacağı isehlak edilir.

Caspian Barrel Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban bildirir ki, hələ heç zaman belə qısa intervala Azərbaycanda yanacağın qiyməti artırılmayıb.

Sonuncu dəfə yanacaq artımı cəmi 13 ay əvvəl baş vermişdi. O zaman demək olar ki, yanacağın orta hesabla qiyməti 30% civarında artmışdı.

“Demək, bu artımla o artımı eyniləşdirmək düzgün deyil, yəni strateji məqsədləri başqadır”, ekspert izah edir.

Onun fikrincə, 2013-cü ilin dekabrında yanacağın qiymətindəki bu qədər artım faktiki olaraq nə ictimai nəqliyyatda, nə şəhərlərarası nəqliyyatda (düzdür sonradan oldu, ancaq kiçik bir artım), nə də ərzaq məhsullarının və xidmətlərin qiymətlərində özünü büruzə vermədi. Hökumət əlindəki administrativ metodlarla bunun qarşısını ala bildi. Digər tərəfdən 2014-cü ilin birinci yarısında neftin orta ixrac qiyməti 111 dollardan yüksək bir həddə oldu ki, bu da hökumət üçün qarşıda duran bütün öhdəlikləri gen-bol ödəməyə imkan verirdi.

İlin ikinci yarısından isə dünya bazarında neftin qiyməti düşməyə başladı, ancaq sentyabrın ikinci ongünlüyündə neft 100 dollar psixoloji həddini keçdi. Bu o zaman idi ki, Azərbaycanın müvafiq nazirlikləri artıq 2015-ci il üçün büdcə layihəsini hazırlayıb Nazirlər Kabinetinə təqdim edirdilər. Və büdcədə neftin qiyməti bir barel üçün 90 dollardan proqnoz edilmişdi.

Nazirlər Kabineti büdcəni təsdiq edəndə neftin qiyməti təqribən 95 dollar idi və o ümidlər var idi ki, qiymət düşməsi müvəqqəti amildir, sonradan yenidən yüksələcək. Bu ümidlər elə Milli Məclis büdcəni noyabrda təsdiq edəndə də səslənirdi hökumət üzvləri tərəfindən: o zaman artıq neftin qiyməti 80 dollardan aşağı bir həddə düşmüşdü. 2015-ci ilin əvvəlində isə artıq neft 50 dollardan da aşağı bir həddə qədəm qoyub.

“Ancaq neftin 90 dollarlıq illik otra ixrac qiyməti zamanı Azərbaycan büdcəsinin kəsiri 1,7 milyard manat səviyyəsində proqnoz edilmişdi. Bəs bu kəsiri necə doldurmalı sualı, əlbəttə, hökuməti narahat etməyə bilməzdi. Bunun bir hissəsi 2014-cü ilin büdcəsinin icrası zamanı həyata keçirildi. Məlum oldu ki, ötən ilin büdcəsinin xərc hissəsindən təqribən 1,3 milyard manatdan çox vəsaitə qənaət etmək mümükün olub. Ancaq neftin orta qiyməti orta hesabla 60 dollar olarsa belə, büdcəyə kifayət qədər əlavə vəsait cəlb etmək gərəkdir”, İlham Şaban bildirir.

Milli Məclisin dekabr ayında “Yol Vergisi haqqında” qanuna dəyişiklik etməsindən sonra həmin 2 qəpik məsələsi gündəmə gəldi. Bu ona dəlalət edirdi ki, bundan sonra yol vergisi yanacaq işlədən hər bir istehlakçıdan tutulsun. Əvvəllər bu vergi avtomobilə texniki xidmət zamanı maşının mühərrikinin həcminə görə müəyyən edilirdi. İndi isə hər litr üçün 2 qəpik. Ona görə də yanacağın qiymət artımına görə qazanc SOCAR-a deyil, Vergilər nazirliyinə daxil olacaq.

Ancaq 2 qəpik vəsaitlə və 1,2 milyon sürücü ilə büdcəyə nəsə kömək etmək olarmı, sual edir ekspert? Bu çox cüzi bir rəqəm olacaq vergi daxilolmalarında. Bəs nədən hökumət ona belə ciddi-cəhdlə hazırlıq görüb onda?

İlham Şaban hesab edir ki, bu dəfəki yanacağa qiymət artımı ölkə iqtisadiyyatında yaranmış fərqli bir situasiyada baş verdiyindən ona da o baxımdan yanaşmaq lazımdır.

“Əlbəttə hökumət sürücülərin 2 qəpiyinə möhtac qalmayıb, Neft Fondundan lazım gəlsə 10 qəpik də transert edərdi. Demək, hökumət bu 2 qəpiyin doğuracağı multieffektə ümidlidir”, ekspert vurğulayıb. Miltieffektiv təsirlər isə yanacağın qiymətinin artımından sonra ictimai nəqliyyatda qiymətlərin qalxması və sair kimi addımları göstərir.

Bunlar ticarət və xidmət dövriyyəsini artırar, vergi yığımını yüksəldər, ÜDM-in neftin qiymətlərinin kəskin düşməsi fonunda azalmasının qarşısını ala bilər.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin heç bir təsirli müxalifət olmadan seçkilərdə qalib gəlib
please wait

No media source currently available

0:00 0:11:28 0:00
XS
SM
MD
LG