Accessibility links

Şəkidə 7 bal gücündə zəlzələ olub


Şəkidə zəlzələ olub
Şəkidə zəlzələ olub

Yerli vaxtla saat 09.49-da Şəki şəhərindən (Bakıdan 352 kilometr şimal-qərb) 29 kilometr cənub-şərqdə Şəki ərazisində 7 bal gücündə zəlzələ qeydə alınıb. Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Məlumatda deyilir ki, zəlzələ episentrdə 7 bal, ətraf rayonlarda 6-5-4 və 3 bala qədər hiss olunub.

Yerli sakinlər Amerikanın Səsinə bildirib ki, Şəki şəhərində güclü silkələnmə 20 saniyəyədək davam edib.

“Rayonda əhali arasında təlaş yoxdur. İndiyədək zərərçəkənin və dağıntıların olması qeydə alınmayıb. Sadəcə insanlar bir-birinə zəng edərək zəlzələdən danışır”, yerli sakin qeyd edib.

Mərkəzdən əlavə ediblər ki, baş vermiş zəlzələ güclü olduğu üçün gün ərzində xırda təkanlar hiss oluna bilər.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Oqtay Bayramov APA-ya bildirib ki, hazırda bölgələr üzrə məlumatlar toplanır: “Zəlzələ nəticəsində dağıntılar olması barədə məlumat daxil olmayıb. Hazırda məlumatların toplanması davam etdirilir və yekunda ictimaiyyətə məlumat veriləcək.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG