Accessibility links

Ağac kəsənlər həbs edilib


Bakıda qanunsuz olaraq ağac kəsdiyinə görə iki nəfər həbs edilib.

Baş Prokurorluğun mətbuat xidmətinin məlumatına görə, Bakının Xətai rayonu ərazisində bir qrup şəxsin 10 ədəd ağacın məhv edilməsi nəticəsində təbiətə 6.600 manat məbləğində ziyan vurulması ilə bağlı Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb.

Mətbuat xidməti bildirir ki, istintaq hərəkərtləri nəticəsində Bakı şəhər sakinləri İlyas Bağırov və Fuad Behbudovun Xətai rayonu ərazisində çoxmənzilli binanın yaxınlığında yerləşən 2,5 sot torpaq sahəsində üzərində hər hansı hüquqları olmadan fərdi yaşayış evi tikərək orada olan 10 ədəd ağacı xeyli miqdarda ziyan vurmaqla qanunsuz kəsmələrinə dair əsaslı şübhələr müəyyən edildiyindən faktla bağlı cinayət işi başlanıb.

İ.Bağırov və F.Behbudov Cinayət Məcəlləsinin 188.2 (qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti və ya quraşdırma işlərini aparma ) və 259.2.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz ağac kəsmə xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham elan olunmaqla barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Xatırladaq ki, prezident İlham Əliyev ağacların qanunsuz olaraq kəsilməsinin yolverilməz olduğunu, bu qanunsuzluqlara qarşı daim ciddi tədbirlər görülməli olduğunu, belə hallara yol verən şəxslərin məsuliyyətə cəlb edilməli olduğunu Nazirlər Kabinetinin iclasında hökumət üzvlərinə xatırladıb.

“Biz ağacları kəsənlərə qarşı daha da ciddi tədbir görməliyik. Onlar məsuliyyətə cəlb edilməlidir. Bir daha demək istəyirəm ki, şəhərdə bir dənə də olsun ağac Ekologiya və Təbii Sərvətlər Nazirliyinin icazəsi, rəyi olmadan kəsilə bilməz. Bu, mənim son xəbərdarlığımdır”, prezident qeyd edib.

Prezidentin xəbərdarlığından sonra artıq bir neçəı halda ağac kəsənlər cinayət məsuliyyətinə cəlb olunub.

Dünyaya Baxış

Dünyaya Baxış. Trampın ilk keçmiş ABŞ prezidenti kimi cinayət məhkəməsi başlayıb
please wait

No media source currently available

0:00 0:12:13 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG