Accessibility links

Suriyalı turist yanıq xəsarəti nəticəsində ölüb


Qəbələ rayonunda (Bakıdan 220 kilometr şimal-qərb) Suriyadan olan turistlərin qaldığı evdə baş verən yanğın zamanı bir nəfər ölüb, 6 nəfər müxtəlif dərəcəli yanıq xəsarəti alıb. Ölən və xəsarət alanların hamısı bir ailənin üzvləridir.

Azərbaycan Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Amerikanın Səsinə bildiriblər ki, xəsarət alanlardan bir nəfər ambulator yardım göstərildikdən sonra evə buraxılıb.

Hadisə zamanı xəsarət alan 1 kişi, 3 qadın və 1 körpə isə Qəbələ Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

“Xəstəxanada olan 5 nəfər Bakıya, Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun (ADHTİ) Plastik və Rekonstruktiv Cərrahiyyə klinikasının nəzdində fəaliyyət göstərən Yanıq Şöbəsinə gətiriləcək”, mətbuat xidmətindən bildiriblər.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG