Azərbaycanda daha 14 karxananın fəaliyyəti dayandırılıb.
Bu barədə məlumat Əmlak Məsələləri Dövlət Komitəsinin yaydığı məlumatda deyilir.
Məlumatda vurğulanıb ki, aparılan monitorinqlər zamanı məlum olub ki, müvafiq qurumlar ayrı-ayrı vaxtlarda karxana fəaliyyətindən ötrü qeyri-qanuni torpaq sahələri ayırıblar.
Komitə bildirib ki, qanun pozuntusu halları ilə bağlı inzibati protokollar yazılıb, torpaq sahələrinin özbaşına zəbt edilməsinə aid sənədlər hüquq-mühafizə orqanlarına göndərilib:
Fəaliyyəti dayandırılan karxanaların adları açıqlanmır.
Bu məlumatla bağlı sahiblərin münasibətini almaq mümkün olmayıb.
Əmlak Məsələləri Dövlət Komitəsi bu ilin əvvəlində ölkədə 585 karxananın mövcud olduğunu açıqlamışdı.
"Qum-çınqıl karxanasından 256-nın fəaliyyəti torpaq qanunvericiliyinin tələbləri pozulduğuna görə dayandırılıb. İnzibati Xətalar Məcəlləsinin tələblərinə əsasən, 155 karxana barədə cərimə tətbiq olunub. 55 karxanada zəbt olunma halı üzrə sənədlər Daxili İşlər Nazirliyinə göndərilib", - komitənin məlumatında qeyd edilir.